Dünyada qaçqınların sayı 5 milyon nəfər çoxalıb

15:55 | 18.12.2015
Dünyada qaçqınların sayı 5 milyon nəfər çoxalıb

Dünyada qaçqınların sayı 5 milyon nəfər çoxalıb

Son 6 ayda dünyada qaçqınların və daxili mühacirlərin sayı 5 milyon nəfər çoxalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlğının hesabatında bildirilib.
Hesabata əsasən, ilin sonunadək onların ümumi sayı 60 milyondan çox olacaq.

"2015-ci ilin birinci yarısında 5 milyon qaçqının 4,2 milyonu daxildə, 839 mini isə xaricə mühacirət edib. Bununla hesabat dövründə hər gün orta hesabla 4600 nəfər məcburi köçkün olub", - hesabatda vurğulanıb.

2014-cü ilin sonunda mühacirlərin ümumi sayı 59,5 milyon olub.

Bu ilin iyunun 30-na olan məlumata əsasən, 1,84 milyon nəfər olmaqla ən çox qaçqını Türkiyə qəbul edib. Ancaq hər min nəfərə 209 qaçqının düşməsi göstəricisi ilə dünyada Livan birinci yerdədir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb