Dünyadakı daşınmaz əmlakın məcmu dəyəri açıqlanıb

19:40 | 05.09.2017
Dünyadakı daşınmaz əmlakın məcmu dəyəri açıqlanıb

Dünyadakı daşınmaz əmlakın məcmu dəyəri açıqlanıb

Əmlakın qiyməti ifadəsində 70%-i 10 ölkənin payına düşür.

Dünyadakı bütün daşınmaz əmlakın məcmu dəyəri 200 trln. ABŞ dollarına bərabərdir. 

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Savills" şirkəti məlumat yayıb. 

Şirkətin hesabatına görə, qlobal səviyyədə daşınmaz əmlakın 84%-i və ya 168,5 trln. dollarlıq hissəsi yaşayış obyektləri, qalan hissəsi isə kommersiya tipli daşınmaz əmlak obyektləridir. 

Dünya üzrə daşınmaz əmlakın qiymət ifadəsində 70%-dən çoxu və yaxud 141,5 trln. dolalrlıq hissəsi 10 ölkədə - Çin, ABŞ, Yaponiya, Böyük Britaniya, Hindistan, Almaniya, Fransa, Braziliya, İtaliya və Rusiyada yerləşir. İlk sırada 42,7 trln. dollarlıq daşınmaz əmlakla Çin, növbəti sırada isə 42,1 trln. dollarlıq göstərici ilə ABŞ qərarlaşıb. Rusiya isə 3,6 trln. dollarlıq daşınmaz əmlaka sahibdir ki, bunun da 2,9 trln. dollarlıq hissəsi yaşayış obyektləridir.

Xatırladaq ki, "Savills" şirkəti 1855-ci ildə qurulub, dünyanın 60 ölkəsində 30 min işçisi ilə daşınmaz əmlak fəaliyyəti ilə məşğul olur. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb