Avropa İnvestisiya Bankının (AİB) Avropa İttifaqı hüdudlarından kənarda fəaliyyətlərin maliyyələşdirilməsi üzrə qolu olan EIB Global Azərbaycanda mikro, kiçik və orta müəssisələrin (KOS) dəstəklənməsi üçün Bank Respublika ilə 10 milyon avro həcmində kredit sazişi imzalayıb. Bu saziş investisiyaları, iqtisadi artımı və məşğulluğu stimullaşdırmaq məqsədilə kiçik biznes subyektlərinə kreditləri rəqabətli şərtlərlə və yerli valyutada ödəmək seçimi verməklə maliyyə əlçatanlığını gücləndirəcək
Bu kredit,
AİB-nin Cənubi Qafqazda KOS-larla iş Təşəbbüsü çərçivəsində KOS-ların maliyyə mənbələrinə
çıxışını yaxşılaşdırılması məqsədilə təqdim olunur. Təşəbbüs bank sektorunda rəqabəti
stimullaşdıracaq və kiçik biznes üçün əlçatan olan maliyyə mənbələrinin keyfiyyət
və kəmiyyətcə sayını artıracaq. Həmçinin, Cənubi
Qafqaz regionunda 26,500-ə yaxın iş yerinin yaradılmasıyla, özəl sektora əsaslanan
artıma təkan verəcək və sosial inteqrasiyanı təşviq edəcək.
Bu saziş Azərbaycanda
25 000 kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə qabaqcıl təşəbbüsə uyğun
olaraq Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya
Planının (EİP) məqsədlərinə töhfə verir.
Bankın Azərbaycandakı fəaliyyətinə cavabdeh
olan AİB-nin vitse-prezidenti Teresa Çervinska qeyd edib: "AİB Azərbaycanda kiçik biznesi dəstəkləməkdən
məmnundur. Bank Respublika ilə əməkdaşlıq çərçivəsində ayrılan bu kredit, KOS-ların
maliyyə mənbələrinə çıxışını gücləndirəcək
və onların ölkə iqtisadiyyatına verəcəyi töhfəni artıracaq. Kredit həmçinin,
Aİ-nin ölkədəki İqtisadi və İnvestisiya Planına uyğun olaraq şaxələndirilmiş,
davamlı və innovativ iqtisadiyyata töhfə verəcək”.
"Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib: "Biz dünyanın ən böyük beynəlxalq maliyyə institutu olan Avropa İnvestisiya Bankının Azərbaycanda əsas tərəfdaş bankı olmaqdan qürur duyuruq. Bu sazişin imzalanması beynəlxalq maliyyə institutlarının həm ölkənin bank sisteminin sabitliyinə, həm də Bank Respublika-nın etibarlılığına inamının növbəti mühüm göstəricisidir. Cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir”
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Sabit" proqnozlu "B2" reytinqinə (Moody's) malikdir.
EIB və EIB Global haqqında
Avropa İnvestisiya Bankı (AİB) Avropa İttifaqının üzv dövlətlərinə məxsus
uzunmüddətli maliyyə institutudur. O, Aİ siyasət məqsədlərinə nail olmaq üçün sağlam investisiyalar üçün
uzunmüddətli maliyyə təmin edir, dörd prioritet sahədə layihələri dəstəkləyir:
infrastruktur, innovasiya, iqlim və ətraf mühit və KOS-lar.
Bizi sosial şəbəkələrdə izləyin !