Dünyanın ən güclü 10 ordusu - SİYAHI

20:54 | 28.04.2016
Dünyanın ən güclü 10 ordusu - SİYAHI

Dünyanın ən güclü 10 ordusu - SİYAHI

"Credit Suisse” təşkilatının ölkələrin hərbi gücü ilə bağlı hazırladığı reytinq bəzi ölkələri sıralamasına görə təəccübləndirə bilər.

"Credit Suisse” hesabatı göstərir ki, hərbi büdcəsini kiçiltməsinə baxmayaraq, ABŞ ordusu yenə də liderliyini saxlayır.

ABŞ özünün ən yaxın rəqibləri olan Rusiya və Çini qabaqlamaqla, dünyanın hərbi supergücü qalmaqda davam edir.

"Credit Suisse” hərbi gücün müqayisəli təhlilinin çətinliyini etiraf edir.

Hərbi gücün analizi zamanı silahlı qüvvələrin sayı (ümumi balın 5%i), tankların (10%), hücum helikopterlərinin (15%), təyyarələrin (20%), təyyarə daşıyan gəmilərin (25%) və sualtı qayıqların sayı (25%) qiymətləndirilib. Qiymətləndirmə hərbi gücü yalnız kəmiyyət göstəriciləri əsasında müəyyən edib və faktiki silahlanma potensialını və şəxsi heyətin hazırlıq səviyyəsini nəzərə almayıb. Ona görə də bəzi ölkələrin siyahıdakı yeri sizi təəccübləndirə bilər.
 
 
10. Türkiyə
 


Hərbi büdcə: 18,2 milyard dollar

Şəxsi heyətin tərkibi:  410,5 min nəfər

Tanklar: 3778

Təyyarələr: 1020

Sualtı qayıqlar: 13

Türkiyənin silahlı qüvvələri – Aralıq dənizinin şərqində ən nəhənglərdən biri hesab olunur. Təyyarə daşıyan gəmilərin olmamasına baxmayaraq, sualtı qayıqların sayına görə yalnız 5 ölkədən geri qalır. Türkiyə həmçinin tankların, təyyarələrin və hücum helikopterlərinin sayına görə seçilir. Ölkə F-35 qırıcılarının hazırlanması üzrə birgə proqramda iştirak edir.
 
9. Böyük Britaniya
 
 
 
 
Hərbi büdcə: 60,5 milyard dollar

Şəxsi heyətin tərkibi: 146,9 min nəfər

Tanklar: 407

Təyyarələr: 936

Sualtı qayıqlar: 10

Böyük Britaniya 2010-2018-ci illərdə silahlı qüvvələrin sayını 20% azaltmağı planlaşdırsa da, onun gücü bütün dünyanın Britaniya ilə hesablaşması üçün kifayət edir. Krallığın hərbi dəniz donanması 2020-ci ildə "HMS Queen Elizabeth” təyyarə daşıyan gəmiləri silahlı qüvvələrə cəlb etməyi planlaşdırır. Onun uçuş göyərtəsinin sahəsi 18 min m2-dən yuxarıdır. Gəminin bortuna 40 ədəd F-35B zərbə qırıcıları yerləşir.
 
 
8. İtaliya
 
 

Hərbi büdcə: 34 milyard dollar

Şəxsi heyətin tərkibi: 320 min nəfər

Tanklar: 586

Təyyarələr: 760

Sualtı qayıqlar: 6

İtaliya ordusu 2 aktiv təyyarə gəmisi hesabına  "Credit Suisse”nin siyahısında yuxarı pillələrdə yer alıb. Sualtı gəmilərin və hücum helikopterlərinin yüksək sayı İtaliyanın reytinqinin yüksəlməsinə təsir edib.
 
 
7. Cənubi Koreya
 


Hərbi büdcə: 62,3 milyard dollar

Şəxsi heyətin tərkibi: 624,4 min nəfər

Tanklar: 2381

Təyyarələr: 1412

Sualtı qayıqlar: 13

Cənubi Koreyaya Şimaldan hücum ehtimalının yüksək olması, ona böyük və güclü orduya malik olmaqdan başqa seçim buraxmır. Ona görə də, ölkənin silahlı qüvvələri sualtı qayıqların, helikopterlərin və çıxsi heyətin tərkibinin çoxluğu ilə seçilir. Cənubi Koreya həmçinin, nəhəng tank qruplaşmasına sahibdir və Hərbi Hava Qüvvələrinin (HHQ) böyüklüyünə görə dünyada 6-cıdır.
 
6. Fransa
 
 
 

Hərbi büdcə: 62,3 milyard dollar

Şəxsi heyətin tərkibi: 202,7 min nəfər

Tanklar: 423

Təyyarələr: 1264

Sualtı qayıqlar: 10

Fransız ordusu müqayisədə böyük sayılmır, lakin yaxşı təlim keçmiş, peşəkar və mobildir. Yaxın vaxtlarda orduya "Charles de Gaulle” təyyarə gəmisi cəlb olunub, bundan başqa, Fransa mütəmadi olaraq Afrikada  yerli hakimiyyəti dəstəkləyən və ekstremizmlə mübarizəyə yönəldilmiş hərbi əməliyyatlarda iştirak edir.
 
 
5. Hindistan
 


Hərbi büdcə: 50 milyard dollar

Şəxsi heyətin tərkibi: 1,325 milyon nəfər

Tanklar: 6464

Təyyarələr: 1905

Sualtı qayıqlar: 15

Hindistan – planetin ən nəhəng hərbi güclərindən biridir. Şəxsi heyətin sayına görə o, yalnız ÇXR və ABŞ-a uduzur. Tankların və təyyarələrin sayına görə də ABŞ, Çin və Rusiyadan başqa, bütün dövlətləri üstələyir. Ölkənin arsenalında nüvə silahı var. Hindistanın 2020-ci ildə hərbi xərclərin böyüklüyünə görə dünya üzrə 4-cü yer tutacağı ehtimal olunur.
 
 
4. Yaponiya
 
 
 

Hərbi büdcə: 41,6 milyard dollar

Şəxsi heyətin tərkibi: 247,1 min nəfər

Tanklar: 678

Təyyarələr: 1613

Sualtı qayıqlar: 16

Ümumilikdə Yaponiya ordusu böyük deyil. Lakin çox yaxşı silahlanıb. "Credit Suisse”nin məlumatlarına əsasən, Yaponiya sualtı donanmanın böyüklüyünə görə dünyada 4-cüdür. Silahlanmada həmçinin 4 təyyarə gəmisi dayanır. Lakin onlar təkcə helikopterlərlə təchiz olunub. Hücum helikopterlərinin sayına görə ölkə yalnız Çin, Rusiya və ABŞ-a uduzur.
 
3. Çin
 
 
 

Hərbi büdcə: 216 milyard dollar

Şəxsi heyətin tərkibi: 2,333 mln nəfər

Tanklar: 9150

Təyyarələr: 2860

Sualtı qayıqlar: 67

Son onilliklər ərzində Çin ordusu həm miqyası, həm də imkanlarına görə xeyrli irəliləyib. Çin həmçinin tank qruplaşmalırının miqyasına görə ikincidir (Rusiyadan sonra) və sualtı donanmanın miqyasına görə ikincidir (ABŞ-dan sonra). Çin hərbi modernizasiya proqramlaşmasında inanılmaz uğurlar əldə edib. Hazırda Çin bir sıra unikal hərbi texnologiya istehsal edir. Bunların arasında ballistik raketlər və 5-ci nəsil təyyarələr var.
 
2. Rusiya
 
 
 

Hərbi büdcə: 84,5 milyard dollar

Şəxsi heyətin tərkibi: 766 min nəfər

Tanklar: 15 398

Təyyarələr: 3429

Sualtı qayıqlar: 55

Rusiyanın silahlı qüvvələri dünyada qeyd-şərtsiz olaraq ikinci yerdədir. Ölkə planetdə ən nəhəng tank qruplaşmasına sahibdir, dünya üzrə ikinci HHQ-nə malikdir (ABŞ-dan sonra) və sualtı donanmanın miqyasına görə 3-cüdür (yalnız ABŞ və Çindən geri qalır). 2008-ci ildən bəri Kremlin hərbi xərcləri demək olar ki, 3 dəfə artıb. Növbəti 3 ildə bu xərclərin 44% artacağı ehtimal olunur. Ölkə həmçinin, Suriyadakı hərbi qruplaşmaların çevrilməsi ilə özünün mobil imkanlarını nümayiş etdirdi.
 
 
1. ABŞ.
 
 
 
 

Hərbi büdcə: 601 milyard dollar

Şəxsi heyətin tərkibi: 1,4 mln nəfər

Tanklar: 8848

Təyyarələr: 13892

Sualtı qayıqlar: 72

Büdcənin dəyişdirilməsinə və hərbi xərclərin azaldılmasına baxmayaraq, "Credit Suisse”-un hesablamalarına görə, ABŞ-ın hərbi büdcəsi geridə qalan 9 ölkənin hər birinin büdcəsinin cəmindən çoxdur. Amerikanın əsas hərbi üstünlüyü 10 təyyarə gəmisindən ibarət donanmadır. Müqayisə üçün deyək ki, ikinci yerdə duran Hindistan hazırda 3-cü təyyarə gəmisinin hazırlanması üzərində işləyir. ABŞ həmçinin təyyarələrinin sayına görə də, hərbi dəniz donanmasında yeni sürətli topların tətbiqi və yaxşı təlim keçmiş ordusuna görə də dünyada birincidir. ABŞ nüvə arsenalına görə də dünyada birinci yer tutur. //fins.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb