Dünyanın ən yaxşı məşqçisi müəyyənləşdi

23:46 | 11.01.2016
Dünyanın ən yaxşı məşqçisi müəyyənləşdi

Dünyanın ən yaxşı məşqçisi müəyyənləşdi

Bu gün 2015-ci ilin ən yaxşı məşqçisi adına aydınlıq gəlib.

Qol.Az-ın məlumatına görə, FİFA-nın sorğusuna əsasən, bu mükafatı "Barselona"nın baş məşqçisi Luis Enrike qazanıb. O, səsvermədə Pep Qvardiola ("Bavariya") və Xorxe Sampaolini (Çili millisi) geridə qoyub.

 Barselona" ilə Çempionlar Liqası, La Liqa və İspaniya kubokunu qazanan Luis Enrike ötən mövsüm komandasını çıxardığı 60 oyunun 50-də qələbə qazanıb, 4-də heç-heçə oynayıb, cəmi 6 görüşdə isə uduzub.

Xatırladaq ki, ötən mövsüm bu mükafatı Almaniya millisinin çalışdırıcısı Yoahim Löv qazanıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM