• $ 1.7
  • € 1.8582
  • ₽ 2.0804
  • ₺ 0.0463
  • £ 2.208

Durovun işi məhkəməyə nə vaxt göndəriləcək?

Durovun işi məhkəməyə nə vaxt göndəriləcək?
06.02.2025 10:40
Telegram messencerinin təsisçisi, iş adamı Pavel Durovun işi yaxın bir il və ya daha çox müddət ərzində Fransada məhkəməyə verilməyəcək. Bu barədə Wired məlumat yayıb.

Paris prokurorluğunun nümayəndəsi Maylis de Rekkin sözlərinə görə, Durov işin məhkəməyə verildiyi bütün müddət ərzində Fransada qalmalı olacaq.

Nəşr qeyd edir ki, bu vəziyyət fonunda Telegram Fransa, Belçika və Cənubi Koreyanın hüquq-mühafizə orqanları ilə daha fəal əməkdaşlığa başlayıb.

Bundan əvvəl Durov Fransada keçirilən məhkəmə iclasında bildirib ki, o, təsis etdiyi kross-platforma Telegram messencerində moderasiyanı təkmilləşdirmək niyyətindədir.

Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarəsini tərk edərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan  gəlib. O , qeyri-qanuni əməliyyatlar aparmaq məqsədilə onlayn platformanı idarə etmək də daxil olmaqla altı cinayətdə ittiham olunur. Telegram-ın təsisçisi 5 milyon avro girov müqabilində məhkəmə nəzarəti altına alınıb və Fransadan çıxışı da qadağan edilib.


6 dekabr 2024-cü ildə bildirildi ki, Durov ona qarşı Fransada açılan iş üzrə Paris məhkəməsində ilk dəfə ifadə verib. Söhbət Telegram və kriminal fəaliyyət arasında mümkün əlaqənin araşdırılmasından gedir. Dindirilmənin təfərrüatları açıqlanmayıb.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hüquq sistemimizdən utanırıq - Mansur Yavaş
Dünya 13:31
Hüquq sistemimizdən utanırıq - Mansur Yavaş
İmamoğlu həbs edilib
Dünya 11:16
İmamoğlu həbs edilib
ABŞ bir gün ərzində 1000 “qızıl viza” satıb
Dünya 10:44
ABŞ bir gün ərzində 1000 “qızıl viza” satıb
Ukrayna-ABŞ görüşünün yeni tarixi açıqlanıb
Dünya 09:11
Ukrayna-ABŞ görüşünün yeni tarixi açıqlanıb
ABŞ Yəmənin Hudeyda beynəlxalq hava limanına zərbə endirib
Dünya 09:05
ABŞ Yəmənin Hudeyda beynəlxalq hava limanına zərbə endirib
CAR-da hava şousu zamanı təyyarə qəzaya uğrayıb, pilot ölüb
Dünya 09:00
CAR-da hava şousu zamanı təyyarə qəzaya uğrayıb, pilot ölüb
Əkrəm İmamoğlunun dindirilməsi başa çatıb - KİV
Dünya 08:56
Əkrəm İmamoğlunun dindirilməsi başa çatıb - KİV
Ərdoğan: Dörd gündür xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər
Dünya 23:30
Ərdoğan: Dörd gündür xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər
İmamoğlunun ifadələri üzə çıxıb– Mən bu suala cavab vermirəm
Dünya 10:34
İmamoğlunun ifadələri üzə çıxıb– Mən bu suala cavab vermirəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol