Dövlət istiqrazlarının gəlirliyi tarixi maksimum səviyyəyə yüksəldi

19:23 | 27.12.2016
Dövlət istiqrazlarının gəlirliyi tarixi maksimum səviyyəyə yüksəldi

Dövlət istiqrazlarının gəlirliyi tarixi maksimum səviyyəyə yüksəldi

Bu gün "Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0102027510 ISIN kodlu, tədavül müddəti 182 gün olan 10 milyon manat və AZ0104028516 ISIN kodlu, tədavül müddəti 364 gün olan 10 milyon manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilib. 

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, AZ0102027510 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 18,3 milyon manat təşkil edib. 

Maliyyə Nazirliyi tərəfindən 10 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 91,7116 (gəlirlilik 18,2247%) səviyyəsində müəyyən edilib. 
İstiqrazların ödəmə müddəti 27 iyun 2017-ci ildir.

Eyni zamanda, AZ0104028516 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 14,7 milyon manat təşkil edib. 

Maliyyə Nazirliyi tərəfindən 10 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 83,7767 (gəlirlilik 19,4716%) səviyyəsində müəyyən edilib. 

İstiqrazların ödəmə müddəti 26 dekabr 2017-ci ildir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM