Dövlət qulluğu imtahanlarında qadağa

16:53 | 26.12.2014
Dövlət qulluğu imtahanlarında qadağa

Dövlət qulluğu imtahanlarında qadağa

Bundan sonra attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi qadağan olunur.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisdə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi nəzərdə tutulur.

Milli Məclisdən bildiriblər ki, qanunun 31.6-cı maddəsinə edilən dəyişikliyə görə, bundan sonra attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan suallar verilə bilməz.

Qanunun 31.5-ci maddəsinə də dəyişiklik ediləcək. Bu maddənin yenilənmiş varinatına görə, attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.

"Dövlət qulluğu haqqında” qanunun 31.16-cı maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliklərə görə isə attestasiya vərəqələrinə attestasiyanın nəticələri (qiymət və tövsiyələr) ilə yanaşı, attestasiya zamanı verilən suallar və cavablar da yazılacaq.

Qanuna əlavə edilmiş 31.22-ci maddədə isə bildirilir ki, dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM