E-Kitab: Orxan Fikrətoğlu. Susuz hovuzun qumrusu. (Hekayə)

17:49 | 10.01.2013
E-Kitab: Orxan Fikrətoğlu. Susuz hovuzun qumrusu. (Hekayə)

E-Kitab: Orxan Fikrətoğlu. Susuz hovuzun qumrusu. (Hekayə)

Cəbi uzaqdan paşalara oxşayır, yaxından qərib adama. Səsi elə bil sınıq tərəzidir.

Sözlər üstündə atılıb düşür. Omrü həsir palaz kimi deşik- deşikdir. Əsli içinə çöküb, gözə dəyən qovuq kimi quruca dərisidir. Əlini bıçaq kəsəndə yarasından saman görünür. cəbi dərindədir, gərək qazıb eşiyə çıxarasan. Onu görməyəndə darıxıram. Görəndədə bilmirəm nədən danışım. cəbinin peşəsi susmaqdı. Danışsan da qulaq asan deyil, hərdən içi səssizlikdən qorxanda sözlərin özü cəbinin boğazından eşiyə tökülür. Bu onun danışmağıdır. Bir dəfə cəbi popirosunu qaranlıq ağzından çıxarıb özü kimi arıq sözləri tüstüyə bükdü.

"Kənd yolunda bir möcüzə var, o yola baxırsan gözünü apa-rır. Qeybdən gözləmədiyin, unudulmuş, itik bir adamın döndüyünü görürsən. Kənd yolun Arzunu gözdə qoymur. Şəhər yolları qıfıllıdı.

Sərhədlər qəddardır. Göy yolu vardı. Su yolu heçə külək təkərləmədi. Haqq bizim bu dar kənd yollarındadı".

Cəbi kənd adamıdır. Onun sevinci də kədəri də hava kimi tez dəyişəndi. Ayağı oturmağa, gözü baxmağadı. İllərdi beləcə yol kənarınada oturub kimisə gözləyir. Babam deyir cəbi şə-hərdən qayıdandan belə olub. Əvvəl elə bildik arvad- uşağını gözləyir.

Əhli- əyali gəlib gedəndən sonra çoxlu borca yozduq. Yenə yanıldıq. Lap axırda qərara gəldik ki, bənd olmayaq. Oz işidir, qoy oturub gözləsin. Odur, budur cəbi kimisə gözləyir. O məni heç vaxt yanından qovmur. Saatlarla üzbəüz oturub susuruq. Hərdən- hərdən şəhərdə yaşayan məhşur adamların yerinə vəzifədə işləyib- işləməməsini məndən xəbər alır. Bildiy-im sualı cavabsız qoymuram. Və hər cavabımla onun yaddaşını silkələmək istəyirəm ki, bəlkə fikrini dəyişib, bir işin qulpundan yapışa. Onu kənddə heç kəs sevmir. Nə pulu var toya gedə, nə sözü var yasa. Keçən ilin qışı axirətlə də üzlüşüb. Kəndin gödək mollasını gölə basıb boğandan bölgənin mollaları sözü bir yerə qoyub ki, cəbini öləndə onu basdırmasınlar, qoy qalıb murdar olsun. cəbi gödək mollanın Allahla bəndələrinin arasını vurduğuna görə boğurmuş. Babam gücnən əlindən alıb. Əgər molla ölsəydi cəbini tutacaqdılar. Onda gərək yolu da həbsxanaya salaydılar. Ya da cəbi üçün yol kənarında təzə bir həbsxana tikəydilər. Yoxsa bir oyun çıxaracaqdı. Onun təzə dəymiş kişilərlə heç arası yoxdur. Mis alverçisi Səmədə "avtafa" deyir. Mürşüd "gündəyməz sızanağıdı" oğlunu müharibədən gizlətmiş. Icra nümayəndəsi cəbini görəndə elə bil xortdan görür. Qap- qara kişi qorxudan ağarır. Hər dəfə qarşılaşanda cəbi özünün qoşduğu iki misranı şur üstündə bərkdən- bərkdən Əliş üçün zümzümə edir.

Kənddə sabun qalmadı

Əliş dala girəndə

Hərdən cəbi kənd uşaqlarına güllə atmağı öyrədir. Qara qətranla qırmızı mahud üstünə çəkdiyi hərbi komissar Qasımovun şairanə şəklini uca barının üstünə qoyub uşaqların hərəsinə bir daş verir. Sağ əlini yuxarı qaldırıb alman dilində üçə qədər sayandan sonra "Pli!- qışqırır- Köpəkuşağı! Kənddə qoyun qalmadı".

Cəbinin güllə məktəbini keçmiş "gənc vətən pərvər"in so-rağı sonralar cəbhə bölğələrindən gəlir. Babamın baxçamızdan dərdiyi meyvələri hər axşam cəbiyə aparıram. O, meyvə dolu xurcunu alıb dizi üstə qoyur. Haçandan- haçana "hə!- soruşur-kənd xoroşo, şəhər?

- Kənd! -cavab verirəm. cəbi gülümsüyür.

- Yalan demə! Elə bilirsən mən heç nə görməmişəm! Yenə susuruq. Günəşın rəngi çəkiləndə cəbi köksünü ötürüb meyvələri bir- bir dərəyə tərəf tulamazlayır.

Bir səhər babam sevinə- sevinə məni yuxudan qaldırdı: "Qalx!- dedi- on illik quru kötük çiçəkləyib". Bağçaya yüyürdüm. Quruyub qaysaq bağlamış kötüyün qarımış canından ağ- ağ çıçəklər qurtlamışdı.

Kötük gülümsəyən adama oxşayırdı.

Yenə axşamdır. Yol kənarında oturmuşuq. Mənəm, bir də cəbidir. Ona kötükdən danışmışam. Sevinib. Gözləri yola gülür. Yağan yağış onun sevincinə dəyib cızıldayır. Qəfildən cəbi dikəldi.

Mən də yola boylanıram. Su arxasından şux yerişli bir kişi bizə sarı gəlir. O, yağışı adlayıb dikə qalxanda üzü aydınca görünür. Gələn cəbinin özüdür. Qalxıb ona tərəf yüyürdük. Bizim cəbi gələn cəbiyə çatan kimi bir sillə vurur. Sonra onlar qucaqlaşırlar. cəbi göz yaşını boğa- boğa qayıtmış, cəbiyə! "Elə bildim sən də onlara qoşulub itəcəksən!"- deyir- nə yaxşı qayıtdın, dünya yekədi axı, mehridə kəlkəlçidir. Durula- durula gəlirdim! Bildim ki, əvvəlində olacaqsan! Əgər tapışa bildiksə deməli günahımızı bağışlayıblar! Nə yaxşı gözləyə bilmisən. Dünyaya düşməmısən! Həqiqət sözlə deyilmir, əsl ya-şamaq gözlə görünür.

Bizim cəbi işıq giləsinə oxşayır.

Uşümüz də yolun böyründəki ağ saç daş üstünə oturduq. Qarşımızda yoldur.

"O o yol mənimdir. O yolu ki, mən seçmişəm. Onu ancaq mən özüm geri qayıda bilərəım. Gedən gələnə oxşamasa, gələni gözləyən tanımasa deməli yolunu nəyəsə qurban vermisən. Kimisə satmısan. Əgər yolu özün itirmisən heç kəs sənin yoluna ayaq basa bilməz. Heç böyük nöqtə də!- cəbidi. Uzü göyə oturub. Hər sözünün arxasına möqtə kimi bir damcı yağış düşür.

ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb