​EBRD TAP layihəsinə 1,5 mlrd. avro cəlb edəcək

22:12 | 13.05.2016
​EBRD TAP layihəsinə 1,5 mlrd. avro cəlb edəcək

​EBRD TAP layihəsinə 1,5 mlrd. avro cəlb edəcək

 Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üçün 1,5 mlrd. avro ayırmağı düşünür. 

"Report” xəbər verir ki, bunu "Reuters”ə açıqlamasında EBRD-nin enerji məsələləri üzrə icraçı direktoru Rikardo Puliti deyib.

"TAP üçün öz vəsaitimiz hesabına 500 mln. avro ayırmağı düşünürük və digər bankları da bu işə cəlb etməyə çaslışacağıq. Digər banklarla birlikdə isə 1 mlrd. avro həcmində sindikatlaşdırılmış kreditin ayrılmasına cəhd edəcəyik”, - deyə EBRD rəsmisi əlavə edib.

R.Puliti qeyd edib ki, TAP layihəsinin icrasına ümumilikdə 6 mlrd. avro investisiya tələb olunur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM