Əcnəbilərin AMEA-da magistratura səviyyəsinə qəbulu qaydası müəyyənləşdi

19:56 | 27.12.2016
Əcnəbilərin AMEA-da magistratura səviyyəsinə qəbulu qaydası müəyyənləşdi

Əcnəbilərin AMEA-da magistratura səviyyəsinə qəbulu qaydası müəyyənləşdi

Nazirlər Kabineti Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydalarında dəyişiklik edib.
 
ANN.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, əcnəbilərin Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura səviyyəsinə qəbulu qaydası müəyyənləşib.
 
Əcnəbilərin AMEA-da magistratura səviyyəsinə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında həyata keçiriləcək. Əcnəbilər Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etdikləri halda, Nazirlər
Kabinetinin müəyyənləşdirdiyi sənədləri təqdim etməlidirlər. Eyni zamanda əcnəbilərin AMEA-da magistratura səviyyəsinə qəbulu  təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota, təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar, təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr, təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr  və təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında da qəbulu mümkün olacaq. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM