Əfqanıstan müdafiə nazirinin evinə olan hücumu törədən şəxs AÇIQLANIB

14:39 | 04.08.2021
Əfqanıstan müdafiə nazirinin evinə olan hücumu törədən şəxs AÇIQLANIB

Əfqanıstan müdafiə nazirinin evinə olan hücumu törədən şəxs AÇIQLANIB

"Taliban” hərəkatı bu gün Əfqanıstan müdafiə naziri Bismillah Məhəmmədinin evinə basqının məsuliyyətini üzərinə götürüb.

Bu barədə hərəkatın sözçüsü Zəbiullah Mücahid açıqlama verib.

Bu gün səhər saat 8 radələrində Kabilin Şirpur məhəlləsində nazirin iqamətgahı yaxınlığında avtomobildəki partlayıcı qurğunun işə salınması nəticəsində aralarında bir qadın olduğu 8 nəfər ölüb, 20-dən çoxu da yaralanıb. Daha sonra dörd nəfər silahlı şəxs mühafizəçilərlə atışmağa başlayıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri və tibbi heyət cəlb edilib.

Hadisə zamanı nazir və ya onun ailə üzvləri zərər çəkməyib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM