Əfsanəvi idmançı Azərbaycanı təbliğ edəcək

22:16 | 10.04.2014
Əfsanəvi idmançı Azərbaycanı təbliğ edəcək

Əfsanəvi idmançı Azərbaycanı təbliğ edəcək

Bakıda keçirilən Dünya Qran-Prisində mərakeşli Omar Əl Amrani üzərində parlaq qələbə qazanan Ziya Bayramov nüfuzlu Glory 15 turnirindən gələn müqaviləyə imza atmaqla təklifi qəbul edib.Oxu.Az xəbər verir ki, idmançımızı aprelin 12-də İstanbulda karyerasının ən vacib görüşü gözləyir. Rəqib tay boks üzrə Avropa və dünya çempionu Mücahid Kulak olacaq. Media qarşısına çıxan Ziya Bayramov 2 həftəlik təlim-məşq toplanışı barədə danışıb. Zədəsinin sağaldığını söyləyən Bayramov rəqibin bir neçə döyüşünə baxdığını və qələbəyə inandığını deyib:“Mücahid Kulak kifayət qədər təcrübəli idmançıdır. Adi səhv baha başa gələ bilər. Bununla belə qələbəyə də inanıram. Başa düşürəm ki, uğur qazansam daha nüfuzlu yarışlara dəvət alacam”.K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi, Best of The Best promoşn qrupunun prezidenti Elnur Məmmədov digər idmançılarımıza nüfuzlu yarışlardan dəvət gəldiyini dedi:“Bakıda keçirilən mötəbər yarışda ümidləri doğruldan idmançılarımız məşhur menecerlərin diqqətini cəlb edib. Ziya Bayramov aprelin 12-də Türkiyədə mübarizə aparacaq. Ümid edirəm ki, o, Bakıda Omar Al Amraniyə qarşı sərgilədiyi döyüşü türk idmançıya qarşı təkrarlayacaq. Əgər Ziya Bakıdakı kimi döyüşsə rəqibin şansı azdır. Eyni zamanda Rumıniya və Almaniyadakı yarışlardan dəvət almışıq. Ziya Bayramov hazırlığı davam etdirir. Gənc idmançılarımızla iş davam edir. Biz istəyirik güclü idmançılarımız nüfuzlu yarışlarda layiqli çıxış etsin. Bir sıra böyük layihələrimiz var. Bütün planlarımızı indidən açıqlamaq istəməzdim. Nəzərinizə çatdırım ki, Ziya qalib gəlsə reytinq xalı qazanacaq. Bu reytinq xallar onun növbəti görüşü üçün vacibdir. Əgər nokautla qalib gəlsə daha yüksək xal əldə edəcək. Glory indi dünyanın ən nüfuzlu döyüş brendidir. Burada Azərbaycan idmançısının çıxış etməsi bizlərə böyük sevinc bəxş edir”.K-1 ilə Glory-nin rəqabət aparmasına gəlincə Elnur Məmmədov bunları söylədi:“Bu fikirlə razıyam. Hazırda K-1 və Glory rəqabət aparır. Hətta rəsmi müqaviləsi olan idmançılara digər yarışlarda iştirak etməyə icazə vermir. Glory ilə müqavilə imzalayan döyüşçü K-1-də mübarizə apara bilməz. Həmçinin əksinə. Əgər Ziya Glory ilə müqavilə imzalasa həmin müddətdə K-1-də yarışmayacaq”.Best of the Best promoşn qrupunun prezidenti Elnur Məmmədov əməkdaşlıq barədə Badr Hariylə danışıqlar apardığını bildirdi. Onun sözlərinə görə aprelin sonlarında Badr Hariylə rəsmi müqavilə imzalanacaq. Hazırda əməkdaşlığın müddəti və şərtləri müzakirə olunur. Razılaşmaya görə Badr Hari geyimlərində və çıxış etdiyi turnirlərdə Azərbaycanı təbliğ edəcək:“Badr Hari dünyanın məşhur idmançılarından biridir. Danışıqlar hələlik davam edir. Müqavilə imzalanandan sonra dəqiq məlumat vermək mümkün olacaq. Bu mənada fikrimiz Azərbaycanı təbliğ etməkdir. Ola bilər, Badr Hari üzərində Azərbaycan, və ya Azərbaijan Land of Fire yazılan forma geysin. Onun növbəti döyüşü mayda Eyndhovendə olacaq”.Qeyd edək ki, Ziya Bayramovla Mucahid Kulak arasında görüş hər biri 3 dəqiqə olmaqla 3 raunddan ibarət olacaq. İdmançımız qələbə qazanacağı təqdirdə daha böyük yarışlarda iştirak etmək imkanı qazanacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM