Əfsanəvi komandir anıldı - VİDEO

12:45 | 03.07.2017
Əfsanəvi komandir anıldı - VİDEO

Əfsanəvi komandir anıldı - VİDEO

Bərdə rayonu ərazisində yaradılmış "Azadlıq” batalyonunun əfsanəvi komandiri Ələmşah Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

QAT mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, tanınmış yazıçı, jurnalist Məzahir Süleymanzadənin aparıcılığı ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri və döyüşçülərdən Akif Nağı, Gəray Əsədov, Aida Şirinova, Fuad Rzayev, Səbirə Mahmudova, Nemət Pənahlı, Əvəz Zeynallı, Şəmistan Əzizamanlı və digərləri çıxış edərək Ələmşah Məmmədovun həyatı, döyüş və mübarizə yolundan danışıblar.

Döyüşçü-yazar Əkbər Mirzəzadənin yazdığı "Azadlıq” Xalq Ordusu” adlı kitab təqdim olunub. Müəllif kitabın Ələmşah Məmmədovun həyat və döyüş yoluna işıq saldığını bildirib, kitabın məzmunu haqqında qısa məlumat verib. Əfsanəvi komandirin ailəsi adından oğlu Hikmət Əliyev çıxış edərək, tədbir iştirakçılarına təşəkkürünü bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM