Hakim "Mənim addımım” fraksiyasından deputat Ayk Gevorgyan isə deyib ki, erməni mallarının Azərbaycanda satılmasında pis nəsə yoxdur.
"Hər sözün, hər hərfin ətrafında bu cür hay-küy qaldırılması bizi heç yana aparmır. əgər biz mallarımızı Azərbaycana sata bilsək siz bunda pis nəsə görürsüz?”,-deputat jurnalistlərə bildirib.
Bu zaman jurnalistlər deputat daha bir sual veriblər, deyiblər ki, azərbaycanlıların erməni əsgərlərini öldürdüyü bir vaxtda Azərbaycan mallarının Ermənstanda satılması nə dərəcədə normaldır?
"Mən bilmirəm siz bu düşüncə ilə hara gedirsiniz, hara gedirsiniz”,-deputat başını bulayıb və uzaqlaşıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !