Ehsan Zahidov: “Bundan sonra jurnalistlərlə...” - AÇIQLAMA

15:20 | 03.02.2017
Ehsan Zahidov: “Bundan sonra jurnalistlərlə...” - AÇIQLAMA

Ehsan Zahidov: “Bundan sonra jurnalistlərlə...” - AÇIQLAMA

Daxili işlər naziri Ramil Usubov polis polkovniki Ehsan Zahidovun Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəisi təyin olunması barədə əmr imzalayıb.

Əmrə əsasən, indiyədək DİN-in mətbuat xidmətinin rəisi müavini postunu tutan E.Zahidov bundan sonra rəis vəzifəsində çalışacaq.

E.Zahidov yeni təyinatı ilə bağlı Modern.az-a danışıb. O bildirib ki, bundan sonra da jurnalistlərlə qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində çalışacaq.

Rəis hələlik müavin postunun boş qaldığını bildirib:
"Uyğun kadr olan kimi təyinat olacaq”.

DİN-in mətbuat xidmətinin sabiq rəisi Sadiq Gözəlov bu yaxınlarda təqaüdə göndərilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb