Ekoloji qanunvericiliyi pozanlar 38 min manata yaxın cərimə olunublar

23:55 | 07.09.2017
Ekoloji qanunvericiliyi pozanlar 38 min manata yaxın cərimə olunublar

Ekoloji qanunvericiliyi pozanlar 38 min manata yaxın cərimə olunublar

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 43, icra qurumlarına 37, məhkəmələrə isə 9 iş göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə araşdırma aparıb.

ETSN-dən "Report”a verilən məlumata görə, avqustun 16-dan 31-dək davam edən araşdırma zamanı hüquqi və fiziki şəxslərin atmosfer havasını, su və torpaq ehtiyatlarını, yerin təkini, fauna və floranın mühafizəsini, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 229 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 70 müddətli "məcburi göstəriş” verilib.

Ümumilikdə, 40 iş üzrə 37450 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 54270,99 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 221 iş üzrə 39101,14 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 43, icra qurumlarına 37, məhkəmələrə isə 9 iş göndərilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb