• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda saxta məktəbli formaları istehsal edən müəssisə aşkarlanıb

Bakıda saxta məktəbli formaları istehsal edən müəssisə aşkarlanıb
19.08.2015 10:48
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə daxil olan məlumatlar əsasında Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi ev 2 ünvanında yerləşən fiziki şəxs Abbasova İradə Əli qızına məxsus məktəbli formalarının tikişi ilə məşğul olan müəssisədə dövlət nəzarəti həyata keçirilib.

Komitədən "APA-Economics”ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, "Uluxanlı” nişanı ilə istehsal olunan geyimlər təhlükəsizliyi, keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarılır. Belə ki, istehsal texnoloji təlimat olmadan həyata keçirilir və istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib. Müəssisə laboratoriya ilə də təmin olunmayıb və hər hansı akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi yoxdur. Müəssisə həmçinin keyfiyyət və təhlükəsizlik göstəricisi olan uyğunluq sertifikatı ilə təmin olunmayıb. Müəssisədə "Bakı Tikiş Evi" MMC-yə məxsus "BTE" əmtəə nişanından istifadə edilərək saxta məktəbli formalarının istehsal olunduğu müəyyən edilib.

Faktla bağlı araşdırma davam edir.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol