• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana üçüncü ikimərtəbəli elektrik qatarı gətirilib

Azərbaycana üçüncü ikimərtəbəli elektrik qatarı gətirilib
20.08.2015 12:00
Sentyabrın 15-də Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti başlayacaq
 
Sentyabr ayının 15-də Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkətini təşkil etmək üçün ciddi hazırlıq gedir.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bu məqsədlə avqustun 20-də daha bir ikimərtəbəli elektrik qatarı Azərbaycana gətirilib.

Bu, artıq ölkəmizə gətirilən sayca üçüncü qatardır.

Qeyd edək ki, "Stadler Rail Group” şirkətinin "Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarının birincisi   mayın 30-da, ikincisi isə isə mayın 31-də Bakı sərnişin stansiyasına gətirilib. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında  sərnişinlərin  yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.  İkimərtəbəli elektrik qatarları Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadə ediləcək.

Xatırladırıq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə "Azərbaycan Dəmir Yolları” QSC ilə "Stadler Rail Group”  şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır.  13 may 2015-ci ildə Bakıda keçirilən "2015 TransCaspian” Beynəlxalq nəqliyyat, tranzit və logistika  sərgisi çərçivəsində "Stadler Rail Group”   şirkətindən  KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının  alınması üzrə saziş imzalanıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol