• $
  • €
  • ₽
  • ₺
  • £

Quba alması satış problemi ilə üzləşir

Quba alması satış problemi ilə üzləşir
22.08.2015 11:05
Ölkənin əsas meyvəçilik rayonu olan Qubada alma yığımına start verilib. Yığım kütləvi xarakter daşımasa da, yay sortları yetişdirən bağbanlar artıq məhsulu toplamağa başlayıb.

ANS TV-nin məlumatına görə, meyvə baglarında kütləvi yığım müşahidə olunmasa da, bağ sahibləri fərdi şəkildə yığımı həyata kecirirlər. Bağbanlarla söhbət zamanı, Qubada meyvəçilərin ağrılı problemi olan satış məsələsinin mövcudluğu hiss olunurdu. Qış sortlarından fərqli olaraq yay alma sortlarını yerində satmaq mümkün deyil.

"Artıq meyvə yığımına başlamışıq. Kənardan da kömək gətirmişik. Əsas problem satış məsələsidir. Satış məsələsində olduqca çətinlik çəkirik. Çünki bunları yerində satmaq olmur”, – deyə bağban Bəhmən Cəfərov bildirib.

Meyvəçiliklə məşğul olanlardan aldığımız məlumata görə, almanı Quba-Xaçmaz bazarlarında topdan satırlar ki, bu da onlar üçün sərfəli deyil. Çünki, il ərzində bağa çəkilən xərcin müqabilində indi əldə olunan məhsul öz maya dəyərini ödəmir. Belə ki, bağbanların Xacmaz ərazisində fəaliyyət göstərən topdan satış bazarında almanın kq-na qoyulan qiymət həqiqətən ona çəkilən xərcə baxanda çox ucuzdu.

"Meyvəni bazara maşınla gətiririk və hər yeşiyinə 1 manat pul ödəyirik. Bundan başqa fəhlə yığdığı meyvənin hər yeşiyinə 60-qəpik alır. Gətirib 30-40 qəpik arası satırıq”, – deyə bağban Cavid Cəfərov qeyd edib.

Quba İcra Hakimiyyətindən bağbanların keçən illərdə də mövcud olan satış problemilə bağlı bildirdilər ki, qurum meyvənin satış probleminə müdaxilə etmir. Bazarı kəndli özü seçir. Amma qış alma sortlarını saxlamaq üçün rayonda 10-dan artıq soyuducu anbar vardır ki, fermerlər məhsulu istənilən vaxta qədər saxlaya bilirlər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol