• $
  • €
  • ₽
  • ₺
  • £

"Statoil"in Azərbaycan nümayəndəliyində ciddi ixtisarlar

"Statoil"in Azərbaycan nümayəndəliyində ciddi ixtisarlar
02.09.2015 16:31
"Norveç nəhəngi TAP-dakı payını "Petronas"a satmaqda maraqlıdır”

Norveçin "Statoil” neft-qaz şirkəti Azərbaycanın energetika sektorunu tərk edir.
 
Bu barədə "APA-Economics"ə "Statoil Azerbaijan" şirkətinin adının çəkilməsini istəməyən  əməkdaşı məlumat verib.
 
Onun sözlərinə görə, şirkətdə ciddi ixtisarlar baş verib: "Şirkətin 40-a yaxın əməkdaşı var idisə, hazırda 10-12 nəfər qalıb. Şirkətin (nümayəndəliyin - red.) Bakı ofisi tamamilə bağlanıb, lap kiçik işçi qrupu qalıb. İctimaiyyətlə əlaqələr və digər bu kimi şöbələr bağlanıb. İşdə qalanlar rəhbər şəxslər və mühasibatlıq bölməsinə aid olanlardır".
 
Xatırladaq ki, "Statoil" Azərbaycan bazarına 1992-ci ildə daxil olub və bir sıra iri enerji layihələrində iştirakçısı olub.
 
Hazırda "Statoil" Trans-Adriatik qaz kəməri layihəsində 20%-lik səhm paketinə sahibdir. Lakin bu səhm paketinin Malayziyanın "Petronas" şirkətinə satılması ilə bağlı danışıqlar aparılır.
 
"APA-Economics"in mənbəyinin verdiyi xəbərə görə, Norveç nəhəngi səhmlərinin Malayziya şirkətinə satmaqda maraqlıdır. Əməliyyatın dəyəri hələlik məlum deyil.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol