• $
  • €
  • ₽
  • ₺
  • £

"Android Pay” ödəniş sistemi ABŞ-da istifadəyə verildi

"Android Pay” ödəniş sistemi ABŞ-da istifadəyə verildi
11.09.2015 23:59
"Google” şirkəti ABŞ-da "Google I/O 2015” sərgisi çərçivəsində təqdim edilən "Android Pay” ödəniş sistemini istifadəyə verib.  
 
Şirkət nümayəndələrinin bildirdiyinə görə, "Android Pay” artıq 1 milyondan çox nöqtədə işləyir və ən sadə və təhlükəsiz ödəniş sistemidir. Həmçinin sistem kredit, debet və hədiyyə kartını tanıyır, eləcə də xüsusi təklifləri smartfonda göstərir. Bildirilir ki, "Android Pay” servisi tədricən yeni funksiyalarla təchiz ediləcək, həmçinin digər banklar tərəfindən dəstəklənəcək. 
 
Ödəniş sistemindən "Android 4.4” əməliyyat sisteminin idarəetməsi ilə işləyən və "NFC” moduluna malik bütün qurğu sahibləri yararlana bilər. Hazırda yalnız "American Express”, "Visa”, "MasterCard” və "Discover” kartlarını əlavə etmək mümkündür. Bir neçə gün ərzində "Capital One”, "Citi” və "Wells Fargo” kartlarının dəstəklənməsinə başlanacaq. Bu ilin sonunda "Android Pay” sisteminin kənar əlavələrlə işləyə biləcəyi gözlənilir.
 
"Google Wallet” istifadəçilər üçün sistemin dəstəklənməsi əlavənin yenilənməsi vasitəsilə həyata keçiriləcək, digər istifadəçilər proqramı "Play Market” mağazasında pulsuz yükləyə bilər. Bundan başqa, "NFC” modullu bütün "AT&T”, "Verizon” və "T-Mobile” operatorlarının qurğularında proqram əvvəlcədən quraşdırılacaq, - "4PDA”  yazır. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol