• $
  • €
  • ₽
  • ₺
  • £

​Çindən Azərbaycana daha bir qatar gələcək

​Çindən Azərbaycana daha bir qatar gələcək
11.09.2015 13:15
 Sentyabr ayının sonunda Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə ikinci konteyner qatarının Bakıya gəlməsi nəzərdə tutulur. 

"Report"un əldə etdiyi məlumata görə, Uzaq Şərqdən (Şanxay, Çin) gələcək qatar bu dəfə Gürcüstanın Poti limanına, oradan isə Türkiyəyə keçəcək.

Belə ki, inşası davam edən Bakı-Tbilisi-Ahalkalaki-Qars dəmir yolu açılana qədər konteyner qatarları Türkiyəyə keçmək üçün Poti limanından istifadə edəcəklər. Birinci sınaq konteyner qatarının son duracağı Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Ticarət Limanı olub.

Xatırladaq ki, avqustun 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin və Gürcüstanın təşəbbüsü ilə bu ölkələrin ərazilərindən keçərək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edən sınaq konteyner qatarı Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Ticarət Limanına gəlib.

Həmin qatar 82 ədəd 20 tonluq konteyner daşıyıb və daşınan yük kaustik soda olub. Bu təyinatlı yüklər əvvəllər alternativ marşrutla 25-40 gün müddətinə Bəndər-Abbas (İran) və Poti (Gürcüstan) limanları ilə daşınırdı. Yeni Transxəzər Nəqliyyat Marşrutu üzrə yüklərin daşınma müddəti Çindən Ələt limanına qədər təqribən 6 gün çəkib.
Bu layihə tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, yükdaşıma həcmlərinin artırılması məqsədilə rəqabətədavamlı dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqini nəzərdə tutur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol