• $
  • €
  • ₽
  • ₺
  • £

Ərzaq mallarının bahalaşması üçün əsas varmı? – RƏY

Ərzaq mallarının bahalaşması üçün əsas varmı? – RƏY
18.09.2015 15:02
Sentyabr ayı başlanandan bəri ajiotaj yaradılmağa cəhd olunur ki, ölkədə son 1 ay ərzində guya ərzaq məhsullarının qiymətlərinin 25-30 %-ədək yüksəlməsi – bahalaşma müşahidə olunur. Və özünü ilkin olaraq, bir sıra pərakəndə satış məntəqələrində göstərməyə başlayan bu proses guya, bütün ölkə ərazisində göstərməyə başlayır. Hökumət isə deyirdi ki, bahalaşma olmayacaq.

Bəs, əslində vəziyyət necədir?

Ölkədə istehlak qiymətlərinin indeksi sahəsində göstərici isə sabit vəziyyətdədir. Hətta ötən aya, yəni avqusta dair rəsmi statistikaya əsasən deflyasiya qeydə alınıb.

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin avqust ayında əvvəlki ayla müqayisədə Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,3, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 % ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə yüksəlmişdir ki, bu da cəmi 0,1 % təşkil edib.

Halbuki, ölkədə bu il manatın devalvasiyası ilə əlaqədar qiymətlər həqiqətən yüksəlməli idi. Ancaq məsələ bundadır ki, Mərkəzi Bank tərəfindən fevralın 21-i tarixində manatın dəyəri ABŞ dollarına nəzərən ucuzlaşdırıldıqdan sonra istehlak bazarında kəskin bahalaşma olacağı gözlənilsə də aprel və may aylarında əks tendensiya müşahidə edildi.

Belə ki, 2015-ci ilin mart ayında ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9 % bahalaşmışdısa, apreldə əvvəlki ayla müqayisədə 0,2, mayda isə 0,6 % ucuzlaşma baş verdi.

Ümumiyyətlə, Azərbaycanda istehlak qiymətləri indeksi il başlayandan bəri artmaq əvəzinə azalmaqdadır. Doğrudur, bunda manatın ucuzlaşdırılmasından sonra İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında sui-istifadə halları və süni qiymət artımına qarşı nəzarətin gücləndirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməyə başlanmasının böyük rolu oldu.

Çünki etiraf etmək gərəkdir ki, ölkədə istehlak bazarında qiymətlərin təşəkkül tapmasında xarici təsirlərin rolu böyükdür. Ona görə də hökumət bahalaşmaya meylin qarşısını almaqdan ötrü həmişə ciddi səy göstərir və bu sahədə hazırda da nəzarət mexanizmi işlək vəziyyətdə saxlanılır.

Bununla belə, qiymətləri uzun müddət eyni səviyyədə saxlamaq mümkün deyil. Üstəlik, bu, iqtisadi nöqteyi-nəzərdən də düzgün deyil. Bu zaman iqtisadiyyatın inkişafı, başqa sözlə desək, istehsal ilə artım stimul əldə edə bilmir.

Odur ki, əvvəlki şərhlərimizdə yazmışdıq ki, payız aylarında həm mövsümi faktorlarla, həm də yaranmış yeni iqtisadi situasiyaya uyğun olaraq hökumətin qiymətləri nisbətən sərbəst buraxacağı gözləntisi ilə əlaqədar istehlak bazarında bahalaşma müşahidə ediləcəyi istisna deyil. Yəni, bu, təbii haldır və burada qeyri-adi nəsə axtarmağa, o cümlədən təşvişə düşməyə ehtiyac yoxdur.

Ancaq Azərbaycanda istehlak bazarında qiymətlər nəzarət altındadır. Və bunu bayaq qeyd etdiyimizə əsasən, manatın dəyərinin bu ilin fevral ayında dollara və avroya nəzərən buraxıldıqdan sonra ən zəruri idxal məhsullarının bahalaşmaması da sübut etdi.

Diqqət yetirmək kifayət idi ki, dollar və avro bahalaşan kimi məsələn, minik avtomobillərinin ilkin satış qiymətləri, o cümlədən məişət elektrik malları dərhal 30-35 % bahalaşdı. Amma xaricdən idxal olunan ərzaq və yeyinti məhsullarının satış dəyəri üzrə heç bir dəyişiklik qeydə alınmadı. Yəni, bu sahədə heç bir bahalaşma qeydə alınmadı.

Odur ki, hətta qiymət artımı baş versə belə, narahat olmağa dəyməz. Bu, uzun müddət davam etməməklə yanaşı, kəskin xarakter ala bilməz. Çünki real olaraq ölkədə iqtisadi aktivlik aşağı səviyyədədir. Alıcılıq qabiliyyəti də əvvəlki kimi deyil və ümumiyyətlə, hələ bir az da zəifləyəcəyi gözlənilir.

Yeri gəlmişkən, bir amilə də toxunmaq istərdik. Xatırladaq ki, bu il üçün ölkədə inflasiya birrəqəmli səviyyədə proqnozlaşdırılıb. Düzdür, Mərkəzi Bankın əvvəlki hesablamasına əsasən bu, 3-4 % civarında olmalı idisə, sonradan xarici maliyyə qurumlarının da müvafiq açıqlamalarına görə, çox olacaq.

Amma hər halda, 10 %-i aşmayacaq.

Üstəlik, BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) ərzaq məhsulları üzrə mövcud dünya bazar qiymətləri barəsində yaydığı statistik məlumatda deyilir ki, 2015-ci ilin avqust ayında 5,2 % ucuzlaşma qeydə alınıb. Bu isə 2008-ci ildən bu yana ən kəskin ucuzlaşmadır.
Deməli, idxal sarıdan da bahalaşma üçün təsir imkankanları məhduddur.//Oxu.Az

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol