• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Sumqayıt qatarının sürəti artırılır

Bakı-Sumqayıt qatarının sürəti artırılır
18.09.2015 20:13
Bu məqsədlə Bakı-Sumqayıt qatarının hərəkət cədvəlinə dəyişikliklər edilib.

Bakı - Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sürəti artırılacaq. Bu məqsədlə hərəkət cədvəlinə bəzi dəyişikliklər ediləcək.

"Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, həmin dəyişiklər sentyabrın 19 və 20-də həyata keçiriləcək.

Onun sözlərinə görə Bakı-Sumqayıt dəmir yolu sahəsində bəzi tamamlama işləri aparırır. Belə ki, sentyabrın 19 və 20-də Bakıdan sərnişin stansiyasından saat 05:30, 07:50, 17:25 və 18:25-də, Sumqayıt sərnişin stansiyasından 07:10: 07:55, 17:10 və 19:30-da yola düşən elektrik qatarların hərəkəti müvəqqəti dayandırılacaq. 

Həmin günlər elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:10, 06:50, 16:00, və 19: 25-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 09:00, 18:30 və 20:30-da yola düşəcəkdir. Təmir işləri başa çatandan sonra qatarlar əvvəlki cədvələ uyğun olaraq hərəkət edəcəkdir. Sərnişinlərin sayından asılı olaraq hərəkət cədvəlinə əlavələr edilə bilər.

Bu qatarlar "Stadler Rail Group” şirkətinə məxsusdur. Dörd vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. İkimərtəbəli elektrik qatarlarında biznes-sinfə aid 84 oturacaq da var. Bu qatarlar Keşlə, Biləcəri, Xırdalan, Güzdək stansiyalarından keçməklə Sumqayıta və əks istiqamətə hərəkət edəcək.



Bakı-Sumqayıt qatarının içi

Qatarda gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Bunu aşağdakı qrafikdən aydın görmək olar.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol