• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR işçi axtarır

SOCAR işçi axtarır
23.09.2015 14:33
SOCAR-ın "Azəriqaz" İB-də 1 000 nəfərə yaxın işçi qüvvəsinə ehtiyac yaranıb.
 
"APA-Economics”in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.
 
X. Məmmədovun sözlərinə görə, müsabiqə neft sektorunun inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki dövlət siyasətinə əsaslanaraq Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və SOCAR arasında əməkdaşlıq haqqında memorandum çərçivəsində gənclərin məşğulluğun təmin olunmasına yönəlib.
 
Vitse-prezident bildirib ki, sənədlər "Azəriqaz” tərəfindən nazirlik yanında Dövlət Məşğulluq Xidmətinə artıq təqdim edilib. Müsabiqəyə 30 yaşı olmayan minimum tam orta təhsili, fiziki cəhətdən sağlam olan və regionlarda daimi yaşayan (Bakı, Sumqayıt və Abşeron rayonunda qeydiyyatdan olanlardan başqa) iştirak edə bilərlər.
 
O qeyd edib ki, vakansiya üzrə 410 vakant yer üzrə dərhal işə götürüləcək. 560 əlavə vakansiya üzrə qəbul olunanlar isə bir il ərzində proqnozlaşdırılan vakant yerləri üçün SOCAR-ın kadr ehtiyatları bazasına daxil ediləcək və işə qəbul olunacaq.
 
Müsabiqə prosesinin bütün mərhələləri barədə məlumatlar iddiaçıların müraciət zamanı göstərdikləri elektron poçt ünvanlarına və mobil telefon nömrələrinə SMS vasitəsilə göstəriləcək. Müraciəti təsdiq edilən iddiaçıların hər birinə Fərdi İdentifikasiya nömrəsi və şifrə veriləcək. Bunun vasitəsilə onlar müvafiq linkə daxil olmaqda müsabiqənin nəticələri haqqında məlumat ala biləcəklər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol