• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik kərpic istehsalı zavodunu cərimələdi

Nazirlik kərpic istehsalı zavodunu cərimələdi
15.10.2015 15:55
"Bakı tikinti materialları” ASC-nin kərpic istehsalı zavodunun ərazisinin zibilxanaya çevrilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. 

Araşdırma zamanı zavodun hazırda fəaliyyət göstərmədiyi, 2015-ci ilin əvvəlindən hazırkı dövrədək üç ay fasilələrlə işlədiyi müəyyən edilib. 

Baxış zamanı ərazinin məişət tullantıları poliqonuna çevrildiyi və zavodun ərazisinin ayrı-ayrı yerlərində məişət tullantılarının pərakəndə şəkildə qalaqlanması və yandırılması halları da müşahidə olunub. 

Faktla əlaqədar Nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq qaydada protokol tərtib olunaraq "Bakı tikinti materialları” ASC-nin nümayəndəsi vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilib.

Eyni zamanda, tullantıların yük maşınları ilə zavodun ərazisinə daşınması halları da müşahidə olunub.

Sürücülər ETSN-nin əməkdaşları tərəfindən saxlanılıb, lakin qanun pozucuları sənəd təqdim etmədən ərazini tərk ediblər.

Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş sorğu nəticəsində həmin sürücülərin şəxsiyyəti müəyyən edilərək barələrində qanunamüvafiq protokol tərtib olunub.

Belə ki, 2 qanun pozucusu hüquqi şəxs qismində hər biri 9000 manat, 24 nəfər isə fiziki şəxs qismində hər biri 800 manat olmaqla, ümumilikdə 37200 manat məbləğində cərimə edilib.

Qeyd olunanlarla yanaşı, zavodun ərazisində tikinti materiallarının satışı bazarının qanunsuz fəaliyyət göstərdiyi də məlum olub. Araşdırma zamanı bazarın fəaliyyət göstərməsi üçün Qaraçuxur Bələdiyyəsi ilə fiziki şəxs arasında bağlanmış müqavilənin müddətinin 2014-cü ilin sonunda bitdiyi məlum olub.

Bununla əlaqədar sözügedən bazarın zavodun ərazisindən çıxarılaraq başqa əraziyə köçürülməsi barədə ETSN tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə, "Bakı tikinti materialları” ASC-yə və Qaraçuxur Bələdiyyəsinə məktub göndərilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol