• $
  • €
  • ₽
  • ₺
  • £

Qızılın sürətlə ucuzlaşması gözlənilir

Qızılın sürətlə ucuzlaşması gözlənilir
03.11.2015 20:13
Dünya bazarında qızılın qiyməti 1000 ABŞ dolları/unsiyasəviyyəsinə düşə bilər.
 
"Report"un analitik qrupu xəbər verir ki, qızılın ucuzlaşmasına səbəb ABŞ Federal Ehtiyat Sisteminin(FES) dekabr ayında uçot dərəcəsini artırması ehtimalı göstərilir. Belə ki, oktyabrda keçirilən iclasda FES, dekabr ayında faizlərin artırılması üçün müəyyən siqnallar verib.

Qeyd edək ki, FES-in üç əsas üzvünün sabah, noyabrın 4-də məruzələrlə çıxış edəcəyi planlaşdırılır. Bu, FES-in rəhbəri Canet Yellen, Nyu-York şəhəri FES-in rəhbəri Uilyam Dadli və FES başçısının müavini məşhur iqtisadçı Stanli Fişerdir. İlk çıxışın yerli vaxtla saat 10:00-da C.Yellen tərəfindən Təmsilçilər Məclisinin Maliyyə Xidmətləri Komitəsində baş tutacağı gözlənilir.

Vaşinqtonda yerləşən "Macroeconomic Advisers" konsaltinq şirkətinin müdiri, FES-in sabiq əməkdaşı Laurens Meyer bildirib ki, sabahkı çıxışlar FES-in dekabr iclasında faizləri artırması üçün ehtimalları gücləndirməsi üçün çox böyük fürsət olacaq.

Qeyd edək ki, qızılın qiyməti iyulun 20-də 1 078 dollar/unsiyaya qədər gerilədikdən sonra ABŞ-da uçot dərəcəsinin artırılmasının ertələnməsi ilə oktyabrın 12-də 1 189 dollar/unsiyaya qədər artıb. Lakin FES-in son iclasında dekabrda faizlərin artırılması ehtimallarının güclənməsi nəticəsində hazırda qiymət 1 130 dollar/unsiyaya qədər geriləyib. "Report"un analitikləri hesab edirlər ki, qızıl FES-dən gələn xəbərlər fonunda 1 015-1 045 dollar/unsiyaya qədər enə bilər.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol