• $
  • €
  • ₽
  • ₺
  • £

WizzAir aviabiletlərin baha olması məsələsini şərh etdi

WizzAir aviabiletlərin baha olması məsələsini şərh etdi
20.11.2015 16:09
Aviaşirkət bunu ucuz biletlərin  tez alınması ilə izah edir

Macarıstanın WizzAir lou-kost aviaşirkəti Budapeşt-Bakı-Budapeşt reyslərinə aviabiletlərin əvvəldə elan olunmuş qiymətlərdən daha baha olması məsələsini şərh edib.

Aviaşirkətin mətbuat xidmətindən "Report"a bildiriblər ki, WizzAir hər zaman müştərilərinə şirkətə məxsus wizzair.com saytında ucuz biletlər təklif edir. 
Mətbuat xidmətindən bildiriblər ki, biletlərin qiyməti tələbatdan irəli gəlir və adətən daha ucuz biletlər tez alınır, əldə isə başqa sinif biletlər qalır. Şirkətdən, həmçinin qeyd ediblər ki, bir həftə əvvəl WizzAir öz müştərilərinə bütün marşrutlar üzrə 20%-lik endirim təklif edib. 

Qeyd edək ki,  oktyabr ayının 28-də "Wizzair" və "Ground Handling Company" (Azərbaycan) arasında reyslərə xidmət üzrə müvafiq saziş imzalanıb. Uçuşlar həftədə 2 dəfə yerinə yetirilir. Bakı-Budapeşt istiqamətində aviabiletin qiyməti 39,99 avrodur.

Lakin hazırda şirkətin saytında Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə biletlərin qiyməti Basic sinifi üçün 210-230 dollar, Plus sinifi üçün 350-370 dollar göstərilib. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol