• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan bankları strategiyalarını dəyişəcək

Azərbaycan bankları strategiyalarını dəyişəcək
24.11.2015 12:05
Bu, iqtisadi inkişaf prosesinin hazırkı mərhələsi ilə bağlıdır

Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları öz strategiyalarına yenidən baxıb dəyişiklik edəcək. "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

"Banklar iqtisadi inkişafın hər bir mərhələsində öz strategiyalarına yenidən baxır və dəyişiklik edir. Hazırkı dövrədək, bankların strategiyası böyük neft gəlirləri, yüksək iqtisadi inkişaf templəri üzərində qurulmuşdur. Bu gün iqtisadi proseslər, qonşu ölkələrdəki böhran Azərbaycana da təsir edir və banklar 2016-cı il və qarşıdakı dövr üçün strategiyalarına yenidən baxır və dəyişiklik aparır", - deyə Z.Nuriyev qeyd edib.

"Mərkəzi Bankla görüşümüz də məhz yeni mərhələ üçün strategiyanın hazırlanması üzrə məshətləşmələrdən ibarət olub. Hesab edirik ki, digər iqtisadi bloku əhatə edən müvafiq nazirlik və komitələrlə görüşləri davam etdirəcəyik ki, banklar özlərinin yeni strategiyalarında yenilikləri nəzərə alsın. Strateji planlar daha uzunmüddətli dövr üçün hazırlanır, lakin taktiki planlar hər il üçün ayrılıqda müəyyən edilir və təsdiqlənir", - deyə ABA başçısı əlavə edib.

Z.Nuriyevin sözlərinə görə, dəyişiklərdə əsasən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə diqqətin artırılması, xərclərin optimallaşdırılması və s. aspektlər əksini tapır.

"Əsas dəyişikliklərə məsuliyyətli kreditləşmə, kredit faizləri, 2015-ci il ərzində Mərkəzi Bankın faizlərin aşağı endirilməsi ilə bağlı təkliflərindən irəli gələn gəlirliliyin azalmasından doğan proseslər aiddir. Kiçik və orta biznes, habelə korporativ sektorun maliyyələşdirilməsi prioritet kimi nəzərə alınmalıdır. Həmçinin istehlak kreditlərindən kiçik bə orta biznesin maliyyələşməsinə keçid müddəası əksini tapacaq. Eyni zamanda, gəlirliyin aşağı düşməsi ilə əlaqədar xərclərin optimallaşdırılması, korporativ strategiyanın daha dərin tətbiqi nəzərə tutulur", - deyə Assosiasiya rəhbəri bildirib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol