London taksilərində “Wi Fi” olacaq

Bakıda fəaliyyət göstərən London taksilərində "Wi Fi” quraşdırılacaq. Bunu Trend-ə açıqlamasında "Bakı Taksi Xidməti” MMC-nin rəhbəri İlqar Qasımov deyib.
Onun sözlərinə görə, bunun üçün öncə texniki məsələlər həll olunmalıdır: ""Bakı Taksi Xidməti” MMC taksi xidmətində yeniliklərin tətbiqini nəzərdə tutur. Taksilərdə "Wi-Fi” cihazlarının quraşdırılması da bu yeniliklərdən biridir”.
İ.Qasımov "Wi-Fi”ların taksilərdə tətbiqindən sonra gediş haqqının artıb-artmayacağı məsələsinə də toxunub: "Bu layihədə gediş haqqının artımı məsələsi öz əksini tapmayıb. "Wi-Fi”ların tətbiqinin gediş haqqına təsiri olmayacaq”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















