• $
  • €
  • ₽
  • ₺
  • £

Bazarlarda qiymətlər "od tutub yanır"

Bazarlarda qiymətlər "od tutub yanır"
09.12.2015 10:51
Bakıda bazarlarda meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə olunur.

Trend-in məlumatına görə, "Yaşıl bazar” və Keşlə bazarında aparılan müşahidələr bunu deməyə əsas verir. Qiymətlərin artımını satıcılar da təsdiqləyirlər. Satıcılar bildiriblər ki, qiymət artımı dekabrın əvvəlindən başlayıb. Belə ki, əvvəllər kq-ı 60 qəpiyə satılan kartof hazırda alıcılara 70 və 80 qəpiyə təklif edilir. Soğanın da qiymətində artım var. Bu ayın əvvəlinə kimi kq-ı 50 qəpik olan soğan indi 10 qəpik baha satılır. Tərəvəzlə yanaşı, meyvələrin qiymətində də artım müşahidə olunur. Məsələn, narın kq-ı ötən ay 1 manat 20 qəpiyə təklif olunurdusa, hazırda 1 manat 50 qəpiyə satılır. Analoji vəziyyət naringi, üzüm və almanın qiymətlərinə dı aiddir.

Alıcılar isə deyirlər ki, qiymətlər süni şəkildə artırılır: "Hər il bayram ərəfəsində belə hallarla üzləşirik. Süni olaraq qiymətləri artırırlar. Kartofun vedrəsini rayonlarda 50 qəpiyə verirlər, Bakıda isə 3 ədəd kartofu 70 qəpiyə satırlar. Bilirlər ki, insanların tələbatı var, bayramda insanlar gəlib alış-veriş edəcəklər, ona görə də qəsdən qiymətləri artırırlar”.

Başqa bir alıcı isə aidiyyəti qurumların qiymət artımına nəzarət etməməsindən narazıdır: "Niyə məsələ ilə maraqlanan yoxdur? Keçirdikləri satış yarmarkalarına gedirsən, elə orada da eyni vəziyyətdir. Buradakı qiymətlərdən heç bir fərqi yoxdur. Qarşıdan Yeni il gəlir. Hələ indidən meyvələrin qiymətini 10, bəzilərinin isə hətta 20 qəpik artırıblar. Görün, bayram günü qiymətlər hansı səviyyədə olacaq?! İndidən bunun qarşısını almalıdırlar”.

Vəziyyət alıcılarla yanaşı, satıcıları da narahat edir. Onları narahat edən isə alverin olmamasıdır: "Qiymət artımını danmırıq. Amma inanın ki, bunu biz etmirik. Çünki məhsulların qiymətlərinin artırılması bizə də sərf etmir. 10 qəpiklik bahalaşma olan kimi alıcı da olmur. Biz əksinə, çalışırıq ki, məhsullarımızı ucuz sataq. Ucuz satanda da alıcımız çox olur”.

Digər satıcı isə satdıqları məhsulu birinci əldən baha aldıqlarını deyir. Bu səbəbdən də qiymətlərdə artım olur: "Biz məhsulları müxtəlif rayonlardan alıb gətiririk. Yəni satdıqlarımız öz becərdiyimiz məhsul deyil. Öz becərdiyimiz məhsullar olsaydı, təbii ki, daha ucuz qiymətlə satardıq”.

Bazarlarda alıcı fəallığının azalması bəzi piştaxtaların da boşalmasına gətirib çıxarıb. Dekabrın əvvəlindən təkcə Keşlə bazarında 8-ə yaxın satıcı bazarı tərk edərək işini dayandırıb.

Bazarlarda süni qiymət artımı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə Trend-ə açıqlamasında bildirib ki, bu, mövsümi xarakter daşıyır: "Mövsümün elə vaxtıdır ki, qiymət artımı təbii və normal haldır. Biz hər həftə monitorinqlər aparırıq. Monitorinqlər əsasında deyə bilərəm ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə çox ciddi qiymət artımı müşahidə olunmur. Bəzi məhsulların qiymətində artım varsa da, bu, mövsümlə bağlıdır”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol