• $
  • €
  • ₽
  • ₺
  • £

"London taksi"ləri artıq Sumqayıtda

"London taksi"ləri artıq Sumqayıtda
09.12.2015 15:25

"London taksi"ləri artıq Sumqayıtda da fəaliyyətə başlayıb. Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Anar Səfərli deyib.

Onun sözlərinə görə, sözügedən taksilər artıq 10 günə yaxındır ki, Sumqayıtda müştərilərə xidmət göstərir.

A.Səfərli qeyd edib ki, yaxın vaxtlarda daha 80 taksinin Sumqayıta gətirilməsi nəzərdə tutulur: "Ümumilikdə 100 ədəd "London taksi”sinin Sumqayıta gətirilməsi gözlənilir. Bakıdan fərqli olaraq, Sumqayıtda taksilər başqa tariflə işləyirlər. Gün ərzində xidmət zamanı yığılan vəsait yarıbayarı bölünür. Vəsait sürücü ilə şirkət arasında bölünür”.

Şöbə rəisi taksilərlə yanaşı, Sumqayıta sərnişindaşımada istifadə olunacaq müasir avtobusların gətiriləcəyini də bildirib: "Yaxın günlərdə Sumqayıta yeni avtobuslar da gətiriləcək".

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Dövlət başçısı Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə qərara alıb ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılsın.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol