• $
  • €
  • ₽
  • ₺
  • £

"Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycana 400 milyon dollarlıq investisiya yatırıb"

"Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycana 400 milyon dollarlıq investisiya yatırıb"
29.05.2020 12:17
Ər-Riyadda Səudiyyə Ərəbistanı-Azərbaycan hökumətlərarası komissiyasının 4-cü iclası keçirilib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Səudiyyə Ərəbistanı-Azərbaycan hökumətlərarası komissiyasının 4-cü iclası keçirilib.

"Report" "Arabnews"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı tərəfdən komissiyanın həmsədri olan, Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun (SAGİA) sədri Əbdüllətif Əl-Osman iki ölkənin bir sıra məsələlər üzrə əməkdaşlığı inkişaf etdirdiyini bildirib.

Əl-Osman qeyd edib ki, hər iki tərəf ticarət dövriyyəsinin artırılması barədə razılıq verib: "Neft-kimya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq üçün gözəl imkanlar var. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında tarixi əlaqələr mövcuddur".

Öz növbəsində, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, ölkələr ikiqat vergitutmanın aradan qaldırılması məsələsində irəliləyişə nail olub. O, bu gün üçün Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycana təxminən 400 milyon dollarlıq investisiya yatırdığını qeyd edib.

Nazir vurğulayıb ki, ölkələr müntəzəm qaydada biznes forumların keçirilməsi barədə razılığa gəlib.

Görüşün sonunda tərəflər hökumətlərarası komissiyanın iclası barədə protokolları imzalayıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol