• $
  • €
  • ₽
  • ₺
  • £

Artur Rasizadəyə təklif - banklarla bağlı

Artur Rasizadəyə təklif - banklarla bağlı
26.12.2015 12:30
Yaxın günlərdə əhalinin banklarda qorunan əmanətləri üzrə 30 min manatlıq hədd ləğv ediləcək.

"Qafqazinfo” xəbər verir ki, bu barədə təklifi Banklar Assosiasiyası Nazirlər Kabinetinə təqdim edib. Hazırda banklarda illik 12% dərəcəsi ilə və 30 min manatadək yerləşdirilən əmanətlər qorunan əmanətlər hesab olunur. Təklif qəbul edildikdən sonra isə 30 min manatlıq hədd aradan qalxacaq. Bundan sonra müştərilər istənilən həddə banka qoyacağı əmanət dövlət tərəfindən sığortalanmış olacaq.

Belə bir təklifin gerçəkləşməsinin Azərbaycanın bank sektorunda likvidlikliyi artıracağı gözlənilir. Güman edilir ki, bankların müştərilərə kredit verməsi imkanları genişlənəcək. Bildiyimiz kimi, banklar müştərilərə kreditləri əsasən əmanətlər hesabına verir. Bundan əlavə, əhalinin bank sektoruna olan inamsızlığı da bir növ aradan qalxmış olar.

Xatırladaq ki, bir müddət əvvəl Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov mətbuata açıqlamasında da yaxın gələcəkdə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi ləğv ediləcəyini bildirmişdi. Yəni, istənilən faiz dərəcəsi ilə banka yerləşdirilən bütün əmanətlər sığotalanmış olacaq. Sadəcə Fondun müyyən etdiyi maksimum faiz dərəcəsindən yüksək faizlə əmanət qəbul edən banklar buna görə əlavə komissiya haqqı ödəyəcəklər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol