• $
  • €
  • ₽
  • ₺
  • £

“Hökumət küçə ticarətinə göz yummağa məcburdur”

“Hökumət küçə ticarətinə göz yummağa məcburdur”
06.01.2016 20:57
Müşahidələr göstərir ki, manatın ikinci şok devalvasiyasından sonra ölkədə, xüsusilə paytaxt Bakıda küçə ticarəti canlanmaqdadır. Xüsusilə metro stansiyaların giriş-çıxışında kiçik stol qoyub müxtəlif əşyalar satan insanlara rast gəlmək mümkündür.

Nəzərinizə çatdıraq ki, Bakı şəhərinin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazələr 1 yanvar 2014-cü ildən ləğv edilib.

İqtisadçı Rövşən Ağayev Modern.az saytına açıqlamasında bunun gözlənilən olduğunu deyib:

"Əslində, əvvəldən hökumətin küçə ticarətinə qarşı çıxmasını qəbul etməmişdim. Mən Avropa ölkələrini kənara qoyuram. Məmurlarımızın da daha çox üz tutduğu yer Türkiyədir. Xüsusilə də İstanbulda küçə ticarəti çox yüksək səviyyədə inkişaf edib. Əlbəttə, ərzaq məhsullarının küçədə satılması təhlükəsizlik baxımından qənaətbəxş deyil. Amma nisbətən aztəminatlı ailələrin də ala biləcəyi geyim və bu kimi əşyaların küçədə satılmasının nəyi pisdir? Küçə ticarəti yoxsulluqla mübarizədə istifadə olunan variantlardandır”.

Ekspert deyir ki, hökumət küçə ticarətinə göz yummağa məhkumdur:

"Bir halda ki, ölkədə yoxsulluq var və insanlar bu yolla öz gəlirlərini, tələbatlarını təmin edirlərsə, hökumət buna göz yummalıdır. Ölkədə yaranan situasiya göstərir ki, hökumət manatın dəyərdən düşməsi, neft gəlirlərinin azalması fonunda büdcə gəlirlərinin ixtisar olunması və büdcə indeksasiyalarının məhdudlaşdırılması şəraitində küçə ticarətinin müəyyən qədər əl-qol açmasına, genişlənməsinə göz yummağa məhkum və məcburdur. Əks halda bu çox ciddi şəkildə sosial narazılıqların artmasına səbəb ola bilər. Hətta yaxın vaxtlarda küçə ticarətinin bir qədər də canlanmasının şahidi olacağıq”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol