• $
  • €
  • ₽
  • ₺
  • £

“Dövlət büdcəsinə yenidən baxılmalıdır”

“Dövlət büdcəsinə yenidən baxılmalıdır”
07.01.2016 20:23
3-cü devalvasiya təhlükəsi, bahalaşma, iş yerlərinin qapadılması, ixtisarlar fonunda çətin vəziyyətə düşən əhali, artan sosial gərginliyin aradan qaldırılması üçün ən azından əmək haqlarının artırılmasına ümid edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına açıqlamasında bu sahədə narahatlığını dilə gətirərək,  hökumətdən hər hansı xəbər olmadığını deyib:

"Problemlərlə bağlı bizim də çağırışlarımız olub, bir sıra təkliflər vermişik, amma hökumətdən səs yoxdur. Hazırda Mərkəzi Bank tərəfindən atılan addımlar manatın stabilləşməsinə yönəlikdir. Neftin dünya bazarlarında qiymətinin kəskin aşağı düşməsi bunu diqtə edir. Mən hesab edirəm ki, əsas sözü hökumət deməlidir”.

Deputat deyib ki, indiki halda dövlət büdcəsinə baxılması vacibdir:

"İlk olaraq dövlət büdcəsinə baxılmalıdır, sosial layihələr, dollarla olan kreditlərin aqibəti, əmanətlər, idxal-ixrac məsələləri həll olunmalıdır. Baxmayaraq ki, idxal prosesində monopoliyanın aradan qaldırılması üçün addımlar atılır, bütün problemlər kompleks həll edilməlidir”.

V.Əhmədov bildirib ki, əmək haqlarının artırılması üçün vəsait lazımdır:

"Vəsaiti vermək üçün isə mənbəyi tapmaq lazımdır. Manat devalvasiyaya uğrayandan sonra neft hətta 35 dollar səviyyəsində olanda da dövlət büdcəsinə təsiri olmur. Amma qiymət 35 dollardan düşəndə artıq dövlət büdcəsinə baxılması labüddür. Bir daha deyirəm ki, maaş artımı üçün əlavə vəsait olmalıdır. Bildiyiniz kimi, ölkə başçısı İlham Əliyev hökumətə tədbirlər planı hazırlanması üçün göstəriş verib. Yəqin ki, hökumət bu tədbirlərini açıqlayacaq. Amma hələ ki, xəbər yoxdur..”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol