• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR: TAP-ın inşası üçün artıq ciddi əngəl qalmayıb

SOCAR: TAP-ın inşası üçün artıq ciddi əngəl qalmayıb
08.01.2016 18:21
Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin inşasının reallaşması üçün artıq ciddi əngəl qalmayıb.
 
Bu barədə "Report"un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib: "Məlumdur ki, hər bir layihənin gerçəkləşməsi müəyyən maneələrlə üzləşir. Cənub Qaz Dəhlizi və onun bir hissəsi olan TAP layihəsi də ilk günlərindən böyük və kiçik maneələrlə üzləşib. Xəzər dənizindən Adriatik dənizinə kimi müxtəlif ölkələr, mədəniyyət və hüquq sistemlərini, hətta müxtəlif qitələri birləşdirmək, razı salmaq, vahid format və layihə çərçivəsinə cəlb etmək özü nəhəng bir vəzifə idi. Onlarla şirkət və bir-birindən fərqli maraqları olan bir sıra dövlətin iştirakını təmin etmək əsas məsələlərdən biri idi".

Qeyd olunub ki, Azərbaycan müvəffəqiyyətlə bu vəzifənin öhdəsindən gələ bilib, hazırda bütün əsas məsələlər həllini tapıb: "Cənub Qaz Dəhlizi Avropa İttifaqı və Avropa ölkələri üçün prioritet layihələrdən biridir. Əlbəttə,TAP layihəsinin reallaşmasında bəzən kiçik texniki maneələr yaranır və adətən qısa müddətdə həll olunur. Sözügedən kiçik əngəllər əsasən bölgə və bələdiyyə səviyyəsində yaranır".

Bildirilib ki, müvafiq danışıqlar keçiriləndən sonra anlaşılmazlıqlar aradan qaldırılır və bütün tərəfləri qane edən və yerli qanunvericiliyə əsaslanan çözüm variantı qəbul olunur. "Məsələn, İtaliyada zeytun ağaclarının qorunması üçün addımlar atılır. Yunanıstana gəldikdə isə bir sıra icazə və lisenziyaların alınması prosesi artıq Yunanıstan Energetika Nazirliyi tərəfindən həyata keçirilir. TAP layihəsinin bu ölkələrin müvafiq qurum və idarələri ilə təşkil etdiyi sıx əməkdaşlıq və əlaqələndirilməsi bu kimi problemlərin səmərəli şəkildə həll olunmasını təmin edir. Ümumilikdə, TAP layihəsi planlaşdırılmış tikinti qrafikinə uyğun həyata keçirilir, gecikmə yoxdur və ciddi əngəllər gözlənilmir", - deyə SOCAR-dan bildirilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin mərhələdə ildə 10 mlrd. kubmetri Avropaya nəql olunacaq. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisindən başlanacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. Boru kəmərinin uzunluğu 878 km təşkil edir ki, bunun da 545 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizi, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 metr), ən aşağı hissəsi isə (820 metr) dənizin altında olacaq. Hazırda TAP kəmərinin tikintisinə hazırlıq işləri aparılır. Bu il boru kəmərinin tikintisinə başlanması nəzərdə tutulur.

Xatırladaq ki, TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol