• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR: Gürcüstanın qazla təchizatında heç bir problem yoxdur

SOCAR: Gürcüstanın qazla təchizatında heç bir problem yoxdur
12.01.2016 14:56
SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia" Gürcüstanın Neft və Qaz Korporasiyasının SOCAR-ın bu ölkəni qazla fasiləsiz təmin edə bilməməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
 
"SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov "APA-Economics”ə bildirib ki, qaz təchizatında texniki fasilələrin yaranması normal haldır, lakin son günlər belı bir problem müşahidə olunmayıb: "Biz David Tvalabeişvili ilə mütəmadi əlaqədəyik. Hazırda biz Gürcüstanın qaza olan tələbatını təmin edirik. Bu günlərdə Gürcüstanın qaz təchizatı bağlı heç bir problem yaşanmayıb. Cənab Tvalabeişvilinin nəyi nəzərdə tutduğunu deyə bilmərəm".
 
Baş direktor deyib ki, bu gün Gürcüstan 3 qaz kəməri vasitəsi ilə mavi yanacaq alır: "Bunlardan birincisi və ən böyük həcmə malik olan (6-6,5 milyard kubmetr) SOCAR-a məxsus qaz kəməridir. İkinci qaz kəməri "Şahdəniz" qaz kəməridir. Bu kəmərlə tələbatdan asılı olaraq 2,7-3 milyard kubmetr qaz nəql etmək mümkündür. Üçüncü qaz kəməri Rusiyadan gələn qaz kəməridir. Hazırda hər 3 qaz kəməri ilə nəql normal qaydada davam edir və öz aralarında ümumi balansını pozmurlar".
 
Xatırladaq ki, Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili bildirib ki, bəzi hallarda SOCAR Gürcüstanı təbii qazla fasiləsiz təmin edə bilmir.
 
O qeyd edib ki, son dövrlər Gürcüstanda qaza tələbat xeyli artıb: "Bəzən SOCAR-ın həyata keçirdiyi təbii qaz təchizatında məhdudiyyətlər olur. Bunun üçün də biz bəzi hallarda Rusiya qazının hesabına balansı qorumaq məcburiyyətindəyik". 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol