• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Gürcüstanla danışıqlara başlayır

SOCAR Gürcüstanla danışıqlara başlayır
12.01.2016 21:20
Əhali isə Gürcüstanın Rusiyadan qaz almasına etiraz edir.

"SOCAR" şirkətinin nümayəndəsi ilə Gürcüstanın energetika naziri Kaxa Kaladze görüşəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstan parlamentinin deputatı Georgi Volskiy jurnalistlərə bildirib.

"Sabah SOCAR şirkətinin nümayəndəsi Gürcüstana gələcək. Müzakirələr əsasən qiymətlər və qazın çatdırılması ətrafında aparılacaq. Məlumdur ki, Gürcüstan çatışmayan "mavi yanacağı" Rusiya qazı ilə kompensasiya edir”, - deyə Volskiy bildirib.


Georgi Volskiy - Gürcüstan parlamentin deputatı


Gürcüstan əhalisi isə Rusiyanın "Qazprom” şirkətindən qaz alınmasına etiraz edir. Bu gün sabiq baş nazir Bidzina İvanişvilinin iqamətgahı önündə Rusiyanın qaz idxalına etiraz olaraq aksiya keçirilib. 

Aksiya iştirakçıları "Qazprom”un gürcü bazarına girməsinə icazə verməyəcəklərini bildiriblər. Etirazçılar bildirirlər ki, Rusiya qaz satışından siyasi məqsədləri üçün istifadə edəcək. Mitinq iştirakçıları bu planın arxasında Bidzina İvanişvilinin dayandığını bildiriblər. 


Gürcüstanda "Qazprom" əleyhinə mitinq


Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili isə bildirib ki, bəzən SOCAR tərəfindən qazın verilməsində problemlər müşahidə olunur.

Bu gün həmçinin energetika naziri K.Kaladze gürcü mütəxəssislərlə görüşüb və onlara Rusiyanın "Qazprom” şirkəti ilə aparılan danışıqlar barədə məlumat verib.

Görüşdən sonra ekspert Tornike Şaraşenidze bildirib ki, Kaladze ilə qaz defisitinin kompensasiya edilməsi barədə müzakirələr aparılıb. Onun sözlərinə görə, Gürcüstanın Energetika Nazirliyi bu məsələ ilə bağlı "Qazprom”la danışıqlar aparmağı sərfəli hesab edir.

Kaladzenin İran və Rusiya ilə ilk gizli qaz danışıqları ötən ilin sentyabrında üzə çıxmışdı. Amma həmin vaxt heç bir tərəflə razılaşma əldə olunmamışdı.

Hazırda isə Gücüstanın qaz bazarında ən böyük pay SOCAR-a məxsusdur. Son bir neçə gün ərzində Gürcüstanın Rusiya və İrandan qaz alması müzakirə mövzusuna çevrilib.

Görünür, artıq Gürcüstan hökuməti Rusiyadan qaz alınması barədə qərarını verib. Gürcü xalqı isə bir daha Rusiyanın siyasi təsiri altına düşmək istəmir. Amma bütün etirazlara baxmayaraq İvanişvili-Kaladze planı reallaşır.

Məsələ ilə bağlı SOCAR-la əlaqə saxladıq. Şirkətdən bildirildi ki, bununla bağlı "SOCAR-Georgia" açıqlama verməlidir. "SOCAR-Georgia"dan isə telefon zənglərinə cavab verən olmadı.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol