• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət nəyə qənaət edəcək? - 4 illik plan

Dövlət nəyə qənaət edəcək? - 4 illik plan
12.01.2016 23:30
Neftin getdikcə ucuzlaşması, Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsini şərtləndirir.

Bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri qeyd edib ki, ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla 2016-cı il və sonrakı üç il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalı, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə maliyyə nizam-intizamı gücləndirilməli, israfçılığa, izafi xərclərə yol verilməməli, həmçinin dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət mülkiyyətində olan şirkətlərin idarəetməsində islahatların aparılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunmalıdır.

Qənaət rejimi hansı istiqamətlərdə olacaq?

İqtisadçı Samir Əliyev azvision.az-a açıqlamasında bildirib ki, ilk dəfə olaraq 2016-cı ildə dövlət büdcəsi ötən il ilə müqayisədə 25 faiz aşağı salınıb. 

Ekspertin sözlərinə görə, qənaət rejiminə keçid mütləqdir: "2016-cı ilin dövlət büdcəsində neft 50 dollardan götürülüb. Neftin qiyməti isə kəskin şəkildə azalır və hazırda 30 dollardır. Bu da büdcənin icrası ilə bağlı problem yarada bilər. Qənaət rejiminin ilk təsir edəcəyi nöqtələrdən biri dövlət qurumları olacaq. Ölkə başçısının Nazirlə Kabinetinin iclasında dediyi ki, bəzi dövlət qurumlarının birləşdirilməsi və ya ləğv edilməsi gözləniləndir”.

İqtisadçı hesab edir ki, bununla dövlət qurumlarının saxlanmasına ayrılan vəsaitə qənaət etmək olar: "Həmçinin bir o qədər də priotet olmayan sahələrə vəsaitin ayrılması dayandırılmalıdır. Müxtəlif qurumlara, kommunal və nəqliyyat sektoruna ayrılan subsidiyaların azaldılması, müəyyən istiqamətlərdə tamamilə ləğv edilməsi gözlənilir.

Bir neçə istiqamətdə qənaət sistemi olacaq. Qənaət rejimində hökumət islahatlar aparacaq. Bunu hansı formada olacağını isə zaman göstərəcək”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol