• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın Gürcüstanda apardığı danışıqların təfərrüatları açıqlandı

SOCAR-ın Gürcüstanda apardığı danışıqların təfərrüatları açıqlandı
13.01.2016 16:35
Görüşdə SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstanın baş naziri Georgi Kvirikaşvili iştirak ediblər

Bu gün Tbilisidə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri və Gürcüstan hökuməti arasında keçirilən görüşdə Gürcüstanın qış mövsümündə təbii qaza artan tələbatının tam ödənilməsi üçün mövcud qaz kəmərləri üzrə mövcud texniki vəziyyət və nəqlin artırılması imkanları ilə bağlı məsələlər müzakirə olunub.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə qurumu - "SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov bildirib: "Gürcüstan bazarında qaza olan tələbat ildə təxminən 10% artır. Bunu nəzərə alaraq görüşdə əsasən Gürcüstanın artan tələbatının mövcud qaz kəmərlərinin texniki imkanları hesabına təmin edilməsi məsələlərini müzakirə etdik".

M.Məmmədov bundan başqa görüşdə bir çox məsələnin müzakirə olunduğunu, hər hansı məsələ üzrə yekun razılıq əldə olunduqdan sonra bu barədə mətbuata açıqlama veriləcəyini bildirib: "Lakin əsas müzakirəmiz texniki imkanların artırılması, onun qış mövsümünə uyğunlaşdırılması barədə olub".
Qeyd edək ki, görüşdə Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə, "SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov, Gürcüstan tərəfdən isə bu ölkənin baş naziri Georgi Kvirikaşvili, energetika naziri Kaxa Kaladze iştirak ediblər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol