• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Gürcüstana qazın nəqlini artıra bilər

SOCAR Gürcüstana qazın nəqlini artıra bilər
14.01.2016 10:58
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstana nəql etdiyi qazın həcmini gündəlik 7 mln. kubmetrə qədər artırması mümkündür. 

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə qurumu - "SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov məlumat verib.

Qeyd edək ki, hazırda SOCAR-ın öz magistral qaz kəməri ilə Gürcüstana gündəlik 6,2-6,3 mln. kubmetr həcmdə qaz nəql olunur.

Bundan başqa, Bakı-Tbilisi-Ərzurum boru kəməri (Cənubi Qafqaz boru kəməri) ilə gündəlik təxminən 2,8-3 mln. kubmetr "Şahdəniz-1" qazı nəql edilir.

Xatırladaq ki, dünən Tbilisidə SOCAR nümayəndələri və Gürcüstanın hökumət rəsmiləri arasında görüş keçirilib. Görüşdə Gürcüstanın qış mövsümündə təbii qaza artan tələbatının tam ödənilməsi üçün mövcud qaz kəmərlərinin texniki vəziyyəti  və nəqlin artırılması imkanları ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə, "SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov, Gürcüstan tərəfdən isə bu ölkənin baş naziri Georgi Kvirikaşvili, energetika naziri Kaxa Kaladze və digər rəsmilər iştirak ediblər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol