• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda siqaret istehsalında idxalın payı azaldıla bilər

Azərbaycanda siqaret istehsalında idxalın payı azaldıla bilər
14.01.2016 19:00
Azərbaycanda tütün məmulatlarının iri istehsalçısı olan "European Tobacco Baku” şirkəti siqaret istehsalında yerli xammalın payının artırılması üzrə danışıqlar aparır.
 
Bunu Trend-ə şirkətin İdarə Heyətinin sədri Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hazırda siqaretlərin doldurulduğu tütün qarışığında (doğranmış tütün - red) sortları Azərbaycanda yetişdirilən şərq tütünü az istifadə edilir: "Bu sortlar siqaretin dadından asılı olaraq siqaretin tərkibində cəmi 3-5 faiz təşkil edə bilər. Siqaretin tərkibində, adətən, təqribən 7-10 tütün növü istifadə olunur. Onların arasında "virciniya” və "berley” növləri əsasdır. Bundan başqa, Braziliya, Keniya, Türkiyə və digər ölkələrdə yetişdirilən tütün sortlarından da istifadə olunur”.

R.Quliyev qeyd edib ki, "European Tobacco Baku” Azərbaycanda siqaretin ayrı-ayrı tərkib hissələrinin istehsalı barədə şərikləri ilə də razılığa gəlmək istəyir.

O, əlavə edib ki, "European Tobacco Baku” vaxtilə yerli siqaretlər istehsal edib, lakin ildən-ilə onun satışı azalırdı, çünki həmin vaxt əksəriyyət tanınmış brendlərə üstünlük verirdi: "Bu ona gətirib çıxardı ki, biz də xarici siqaretlərin istehsalına keçməyə məcbur olduq”.

R.Quliyevin sözlərinə görə, dünyadakı mövcud iqtisadi vəziyyətdə "European Tobacco Baku” şəriklərinə daha az tanınmış və ucuz brendlərin istehsalına başlamağı təklif etmək niyyətindədir.

Şirkətin İdarə Heyətinin sədri vurğulayıb ki, Azərbaycan daxili istehsal hesabına ölkəni tütün məhsullarının 90 faizi ilə təmin etmək iqtidarındadır: "Bunun üçün regionlardan Bakıya gələn əhali yenidən torpağa qayıtmalıdır. Kənd təsərrüfatını ixtisaslı kadrlarla təmin etmək lazımdır. Bunun üçün bütün imkanlar var. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı sahibkarlığın inkişafına yeni təkan verdi. Bura lisenziyalaşdırmanın sadələşdirilməsi, müxtəlif güzəştlər və subsidiyalar da daxildir”.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol