• $
  • €
  • ₽
  • ₺
  • £

Neftlə bağlı antirekord -12 il əvvələ dönüş

Neftlə bağlı antirekord -12 il əvvələ dönüş
15.01.2016 22:58
Dünya bazarlarında neft 29 dollardan ucuz satılır.

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir. ANS PRESS-in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 29 dollardan da aşağı - 28,90 dollara düşüb.

Bloomberg agentliyi xəbər verir ki, bu dəqiqəyə olan məlumata görə, "Texas” (WTI) markalı neftin qiyməti 29,19 dollardır. Brent markalı neftin qiyməti 2004-cü ilin fevralından bu yana ilk dəfə 29 dollardan aşağı düşüb.

Yanvarın 13-də isə Brent markalı neft 2004-cü ildən bəri ilk dəfə 30 dollardan aşağı düşmüşdü. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43% ucuzlaşaraq 30,31 dollar təşkil etmişdi.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,2% azalaraq 29,99 dollaradək düşmüşdü.



Dünya bazarlarında neftin qiyməti 2015-ci ilin sonlarında düşməyə başlayıb. Analitiklər dünyanın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs”ın qiymətlərin 20 dollaradək ucuzlaşacağına dair proqnozlarını nəzərə alaraq bu barədə təxminlərində bir az ehtiyatlı davranırlar.

"IHS Global Insight”ın neft bazarları üzrə direktoru Spenser Velç deyib ki, neftin qiymətlərinin gündəlik və ya bir neçə günlük gedişatını qiymətləndirərək 20 dollar/barrel səviyyəsinə düşəcəyini demək olar: "Lakin qiymətin bu səviyyədə qalıb-qalmayacağı və ya nə qədər qalacağı barədə fikir bildirmək isə çox çətindir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol