• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ilkin mənzillər ucuzlaşır CƏDVƏL

Bakıda ilkin mənzillər ucuzlaşır  CƏDVƏL
16.01.2016 11:29
2015-ci ilin dekabr ayında Bakıda ilkin yaşayış mənzillərinin bir kvadratmetrinin orta təklif qiyməti 968 dollardan - 1,03% azalaraq 958 dollara qədər, milli valyuta ilə isə ay ərzində 1016 manatdan azalaraq 1006 manat bəndində qərarlaşıb.
 
Bu barədə Trend "MBA Group" konsaltinq şirkətinin hesabatına istinadən məlumat verir.

Dekabr ayında qiymət indеksində 0,06 bənd azalma müşahidə еdilib. İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin 20,8%-i 700 $/kv.m-ə qədər olan ucuz mənzillərin payına düşür. Təklif portfelinin əksər hissəsi isə qiyməti 700-1000 $/kv.m aralığında olan mənzillərin payına düşür - 50,3%. Qiyməti 1000-1300 $/kv.m aralığında olan mənzillərə düşən pay isə 12,7%-dir. Ümumi təklif portfelinin qalan 16,2%-ni isə qiyməti 1300 $/kv.m-dən yuxarı olan bahalı mənzillər təşkil edir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 609 $/kv.m, 832 $/kv.m, 1091 $/kv.m və 1687 $/kv.m-dir.

Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan ilkin mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 3 rayonun ümumi təklif portfelindəki payı birlikdə 70,6%-ə bərabərdir.

İlkin yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 4 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Nəsimi rayonunda, "28 May” m/st-nın yaxınlığında yerləşən 218 kv.m sahəyə malik, tam təmirsiz mənzilin kvadratmetrinin satışa təklif olunan ilkin qiyməti 2800 ABŞ dolları təşkil edib. Ən ucuz mənzil isə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 58 kv.m olan 1 otaqlı yeni tikili mənzil bazara 400 $/kv.m qiyməti ilə təklif edilib.

Son ayda bаzаrdа təklif olunan ilkin mənzillərin ümumi orta sahəsi 22,4% artaraq 114,44 kv.m təşkil edib. Otaqlar üzrə isə birotaqlı mənzilin ümumi sahəsi ortalama 62,08, ikiotaqlı 89,02, üçotaqlı 126,82, dörd və beşotaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 191,05 və 206,25 kv.m qeydə alınıb.

Bazara təklif olunan yeni tikili mənzillərin sayı ötən ayın təklif portfeli ilə müqayisədə 29,1% artıb. Təklif üzrə ən çoх pay 3 otaqlılarda qеydə alınıb - 34,1%. Ümumi təklif portfelinin 24,9%-ni 1 otaqlılar, 22,5%-ni 2 otaqlılar, qalan 18,5%-ni isə çox otaqlılar təşkil edib.

Rayonlar

$/kv.m.

Ay ərzində dəyişikliklər(%)

Abşeron

608

-1,3

Binəqədi

946

-0,4

Nərimanov

1 196

-2,8

Nəsimi

1 249

2,8

Nizami

821

-1,2

Qaradağ

601

0,2

Sabunçu

663

1,2

Səbail

1 790

2,9

Suraxanı

826

4,6

Xətai

810

-3,9

Xəzər

648

0

Yasamal

902

2,9




Ay ərzində təklif qiyməti Abşeron, Binəqədi, Nizami, Nərimanov, Sabunçu və Xətai rayonlarında azalıb, Suraxanı, Nəsimi, Yasamal və Sabunçu rayonlarında isə nisbətən artıb.

Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (958 dollar) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 65,9%-ə malikdir. Bazara təklif olunan yeni tikili mənzillərin orta otaq göstəricisi 2,48, orta sahə göstəricisi 114,44 kv.m, hər otağın orta satış qiyməti 48 min, mənzilin orta qiyməti isə 119 200 dolları təşkil еdib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol