• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əsədovdan işçilərinə vacib – TAPŞIRIQ

Heydər Əsədovdan işçilərinə vacib – TAPŞIRIQ
16.01.2016 15:02
Toxumçuluq bitkiçilik məhsullarının istehsalında ən vacib sahələrdən biridir. Bu sahə elmi əsaslarla inkişaf etdirilməlidir.

Toxumçuluq sistemi elektron uçota keçməli, bu sahədə struktur islahatları həyata keçirilməli, regional Aqrar Elm Mərkəzləri tərəfindən informasiya məsləhət xidmətinin yaxşılaşdırılmalı, bu sahədə şəffaflığa daha yüksək səviyyədə təmin etmək məqsədilə subsidiya alan toxumçuların ünvanları, torpaq sahələri, aldığı subsidiyanın miqdarı barədə məlumatlar qısa zamanda nazirliyin internet səhifəsində yerləşdirilməlidir. 

Oxu.Az xəbər verir ki, bu barədə keçirilmiş Kollegiya iclasında Kənd Təsərrüfatı naziri Heydər Əsədov bildirib. 

Öz növbəsində, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov "2015 ildə toxumçuluq sistemində mövcud vəziyyət və qarşıda duran vəzifələr” barədə nazirə məlumat verib:

"2015-ci təsərrüfat ilində dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə cəmi 169 min ton taxıl toxumu istehsal edilib.

İstehsal olunmuş taxıl toxumunun 119 min tonu buğda, 50 min tonu arpa toxumu olmaqla, cəmi toxumun 42 tonunu orijinal, 200,2 tonunu superelit, 1612 tonunu elit, 22,6 min tonunu Rı, 43 min tonunu R2 və 100 min tondan artığı isə reproduksiyasız toxumlar təşkil edib.

Toxum istehsalının 37,3%-i özəl toxumçuluq təsərrüfatlarının, 1,5%-i  Aqrar Elm Mərkəzinin, 0,7% DKTİM MMC-lərin, 60,5 faizi isə ayrı-ayrı fıziki və hüquqi şəxslərin payına düşür”, - deyə o qeyd edib. 

Bundan başqa, kollegiya iclasında 19 rayon Dövlət Toxum Müfəttişliyinin rəisləri ilə müvəqqəti əmək müqaviləsi bağlanılması, 6 rayon toxum müfəttişinin təqaüdə göndərilməsi, 2 rayon toxum müfəttişinin isə vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiyinə görə onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə qərar qəbul olunub. 

Kollegiyada çıxış edən rayon toxum müfəttişləri yerlərdə mövcud olan problemlərdən danışıb, müvafiq təkliflər veriblər. 

Kollegiyaya yekun vuran nazir Heydər Əəsədov bu sahənin daha da inkişaf etdirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol