• $
  • €
  • ₽
  • ₺
  • £

Kredit borcu nə vaxt maaşdan tutula bilər?

Kredit borcu nə vaxt maaşdan tutula bilər?
20.01.2016 16:05
Banka borcu olan vətəndaşların borcu məhkəmə qərarı olmadan onların əmək haqlarına yönləndirilə bilməz.

ANN.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında vəkil Paşa Səfərov deyib.
 
O bildirib ki, son vaxtlar bu cür mübahisə ilə bağlı tez-tez müraciətlər olunur: 

"Bu cür müraciətlərdən biri ilə bağlı artıq məhkəmə qərarı da mövcuddur. Belə ki, Nəsimi Rayon Məhkəməsi iddiaçı S. Nəcəfovun iddiasını təmin edərək bank tərəfindən onun əmək haqqı hesabından tutulmuş məbləğin geri qaytarılması barədə qətnamə qəbul edib”.
 
Vəkilin sözlərinə görə ümumiyyətlə bu cür tutmaların aparılması yolverilməzdir: 

"Belə ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
 
Göründüyü kimi, əmək haqqından tutulma barədə ya yazılı razılıq, ya da məhkəmə qərarı olmalıdır. Hətta bəzi hallarda kredit müqaviləsində belə bir hal nəzərdə tutulur ki, borclu borcu ödəmədikdə, bank xəbərdarlıq etmədən borcu onun əmək haqqına yönəldə bilər. Hətta kredit müqaviləsində belə bir müddəanın olması da banka hüquq vermir ki, borclunun borcunu onun əmək haqqından tutsun.
 
Əmək Məcəlləsinin 175-ci maddəsinin 6-cı bəndinə əsasən, işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. Göründüyü kimi, norma açıq şəkildə göstərir ki, işçi tutulma barədə ərizə ilə yalnız işəgötürənə müraciət etməlidir, bunu etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol