• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada dolların məzənnəsi yeni ​rekord müəyyənləşdirdi

Rusiyada dolların məzənnəsi yeni ​rekord müəyyənləşdirdi
21.01.2016 12:54
Rusiyada ABŞ dollarının məzənnəsi yanvarın 21-də yeni tarixi rekord səviyyəyə yüksəlib.
 
"Report" xəbər verir ki, bu gün saat 11:30 radələrində məzənnə 84,450 RUB/USD-yə çatıb.

Qeyd edək ki, bundan əvvəlki rekord maksimal hədd 2014-cü il dekabrın 16-da 80,024 RUB/USD, dünən isə 80,764 RUB/USD olub.

Rublun kəskin zəifləməsi "Brent" markalı neftin qiymətinin bu gün 27,11 dollar/barel səviyyəsinə kimi enməsi səbəbindən baş verib.

Bununla yanaşı, avronun məzənnəsi 91,410 RUB/EUR səviyyəsini üstələsə də, tarixi rekord səviyyəni keçməyib. Qeyd edək ki, tarixi rekord 2014-cü il dekabrın 15-də müşahidə olunub və 100,448 RUB/EUR-a bərabər olub. Rublun avro ilə müqayisədə rekordu keçməməsinə səbəb o zaman USD/EUR məzənnəsinin 1,24 səviyyəsində olması ilə bağlıdır. Hazırda isə USD/EUR məzənnəsi 1,09-a bərabərdir. Avro dollarla müqayisədə zəiflədiyi üçün rubl rekordu keçə bilməyib.

"Report"un analitik qrupu hesab edir ki, neftin ucuzlaşması fonunda Rusiyada dolların məzənnəsinin 90 RUB/USD-yə, avronun məzənnəsinin isə 100 RUB/EUR-a yaxınlaşacağı proqnozlaşdırılır.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol