• $
  • €
  • ₽
  • ₺
  • £

“Microsoft” şirkətlərə 1 mlrd. dollarlıq proqram təminatını pulsuz verəcək

“Microsoft” şirkətlərə 1 mlrd. dollarlıq proqram təminatını pulsuz verəcək
21.01.2016 23:15
"Microsoft Philanthropies” xeyriyyə təşkilatı "Microsoft Research” və "Business Development” bölmələrinin dəstəyi ilə növbəti üç il ərzində bütün dünya üzrə qeyri-kommersiya strukturları və tədqiqat universitetlərinə 1 mlrd. ABŞ dolları məbləğində bulud xidmətlərini ianə verəcək.

"Report" xəbər verir ki, belə bir açıqlama ilə "Microsoft” Korporasiyasının prezidenti Satya Nadella çıxış edib.

O, bildirib ki, bu müddət ərzində texniki dəstəkdən 70 min qeyri-kommersiya təşkilatı faydalanacaq.

Məlumata görə, yeni təşəbbüsün məqsədi bundan öncə "Microsoft” Korporasiyası tərəfindən elan olunmuş qlobal hədəfin həyata keçirilməsidir: geniş miqyasda qlobal iqtisadi və sosial problemlərin həlli üçün bulud hesablamalarının əlçatan olması. Korporasiya qeyri-kommersiya təşkilatlarını əlavə bulud resursları ilə təchiz etməyə və universitet tədqiqat qruplarının texnologiyalara çıxışını genişləndirməyə çalışır.

Bu məqsəd qeyri-kommersiya təşkilatları üçün "Azure”, "Office 365”, "Power BI”, "CRM Online” və "Enterprise Mobility Suite” daxil olmaqla bulud xidmətləri, əlavə universitet elmi-tədqiqat işlərini dəstəkləmək üçün "Microsoft Research” qrant proqramı olan "Azure for Research”ı genişləndirmək və "Microsoft Business Development” və "Microsoft Philanthropies” birgə proqramı olan "Affordable Access Initiative”ın iştirakçılarının sayını ən azından dünyanın 15 ölkəsində 2017-ci ilin ortalarınadək 20 layihəyə çatdırmaq vasitəsilə həyata keçiriləcək.

Ötən ilin sonunda yaradılmış "Microsoft Philanthropies” xeyriyyə təşkilatının məqsədi hazırda mövcud olan qeyri-kommersiya strukturlarına ianə və kompüter təhsilinə maliyyə yardımını daxil edən xeyriyyəçilik proqramını genişləndirməkdir.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol